Mənalı və gülməli suallar və cavabları

Mənalı və gülməli suallar və cavabları
Maraqlı məlumatlar / Karikatura - Lətifələr
07.11.2017 3 820
1. Sual: Oğrular niyə modanı izləyirlər?
Cavab: Ciblərinin yerini öyrənmək üçün.

2. Sual: Heç qar yağmayan hava hansıdır?
Cavab: Oyun havası.

3. Sual: Hansı top hoppanmır?
Cavab: Qar topu.

4. Sual: Hansı bağda üzüm yetişməz?
Cavab: Ayaqqabı bağında.

5. Sual: Ən gözəl qoxan fil hansıdır?
Cavab: Qərənfil.

6. Sual: 5 illik məktəbi 30 ildə bitirənə nə deyirlər?
Cavab: Müəllim.

7. Sual: Dənizlər niyə duzludur?
Cavab: Balıqlar qorxmasın deyə.

8. Sual: Hansı yazı silinməz?
Cavab: Əlbəttə, alın yazısı!

9. Sual: Hansı qaba su qoyulmaz?
Cavab: Ayaqqabıya.

10. Sual: Ələk ilə su necə daşınar?
Cavab: Dondurularaq.

11. Sual: Hansı gül qoxmaz?
Cavab: Vergül.

12. Sual: Pilotlar niyə havada qeybət qırırlar?
Cavab: Yerin qulağı olduğu üçün.

13. Sual: Qırıldığı zaman işlənən şey nədir?
Cavab: Yumurta.

14. Sual: Qaranlıqda nəyimizi görə bilmərik?
Cavab: Kölgəmizi.

15. Sual: Kral ölsə, oğlu nə olar?
Cavab: Yetim olar.

16. Sual: Ayağını yorğanına görə uzatmayan nə olur?
Cavab: Xəstələnib, rematizma olur.

17. Sual: Dunyaya ilk toyuq gelib yoxsa yumurta?

Bəs sizcə son sualın cavabı nədir?)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!