Mənim Vətənim!

Mənim Vətənim!
Maraqlı məlumatlar
10.09.2017 57
 Vətənim Azərbaycandır. Mən Azərbaycan vətandaşıyam. Vətən dədikdə nə başa düşürük? Vətən bir xalqın ata-baba əmanəti olub, doğulub böyüdüyü, adət-ənənəsi, tarixi, dini və dili ilə üzərində azad bir həyat sürdüyü torpaqdir.



Vətən dedikdə biz yalnız müəyyən sərhədləri olan bir torpaq sahəsi başa düşmürük. Vətən bizim üçün ilk növbədə Anadır. Çünki o bizi bir Ana kimi öz qoynunda bəsləyir, boya-başa çatdırır.



Biz bu torpağın havasını udur, suyunu içir, çörəyini yeyirik. Azərbaycan bizim hamımız üçün ümumi Vətəndir. Hər birimizin yaşadığı şəhər, kənd, ev bu torpağın üzərində yerləşmişdir. Vətən ulu babalarımızın uyuduğu torpaqdır, gələcək nəsillərin yaşayış yeridir.



Ata-babalarımız tarix boyu bu torpaqlarda sakin olmuş, onu əkib-becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Vətən daşlı-qumsallı, heç bir məhsul verməyən şoran torpaqları da, barlı-bərəkətli altı da, üstü də zəngin təbii sərvətlərlə dolu olan torpaqları da bizim üçün  qiymətlidir. Vətən ata-babalarımız bizim üçün qoyb getdiyi əmanətdir. onu göz bəbəyi kimi qorumalıyıq.



Vətəni sevmək, onu qorumaq, gözəlləşdirmək, daha da varlı və qüdrətli etmək xalqımızın ən yüksək əxlaqi dəyərlərindən biridir. Böyük Peyğəmbərimiz(s.ə.s) Vətən məhəbbəti haqqında belə demişdir.”Vətəni sevmək Allaha inamdır”.



Buna görə mən Vətənimlə qurur duyuram. yaxşı ki, mən Azərbaycanlıyam. bu yerdə ulu öndərimiz Heydər Əlitevin bir sozü yadıma düşdü.”Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!