Hörümçəklər haqqında

Hörümçəklər haqqında
Maraqlı məlumatlar
10.09.2017 101
Hörümçəyin qidalanması maraqlıdır.Hörümçək öz şikarını sancmaqla onun bədəninə xüsusi maddə yeridir və bu maddə şikarının daxilini mayeyə çevirir.Hörümçək isə sonra onu sorvurur.



• Bəzi hörümçəklər qurbağa, quş, kərtənkələ ilə qidalanırlar. Belə hörümçəklər Afrikada yaşayırlar və quşyeyən hörümçəklər adlanırlar.



• Adətən hörümçək tor qurub xəlvət yerdə gizlənir. Torundan xəbərverici tel uzanır. Hörümçək telinin titrəyişi xəbərdarlıq sayılır.Hörümçək öz gizli yerindən çıxır və ovuna hücum edir. Ancaq o, xəbərdarlıq telinin hər bir titrəyişinə cavab vermir. Yalnız həşəratların hörümçək toruna düşməsindən əmələ gələn titrəyişlərə cavab verir.



• Yeni Qvineya adalarında yaşayan balıqçılar çox vaxt hörümçəyin zəhmətindən istifadə edirlər. Balıqçı bambukdan düzəltdiyi iri çərçivəni meşə cəngəlliyinə aparıb, ağacdan asır. Səhərə kimi hörümçək çərçivəyə sıx tor çəkir. Tor yırtıldıqda balıqçı onu yenidən meşəyə aparır. Hörümçək isə toru təzədən " təmir edir”.



• Fici, Madaqaskar və basqa adaların sakinləri də hörümçəyin hazırladığı torlardan istifadə edirlər. Bu nazik torlar çox davamlı olur və iki kiloqrama kimi agırlıga davam gətirir.



• Ən hündür dağlarda (7500 m) yalnız hörümçəklər yaşayır. Onlar küləyin gətirdiyi qidalarla qidalanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!