Arı haqqında

Arı haqqında
Maraqlı məlumatlar
10.09.2017 34
Arılar məişət və təbabətdə geniş istifadə edilən balın istehsalçısıdırlar. Dünyada 20 mindən artıq arı növü vardır. Arılara Antarktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 40 gün olur. 17-18 günlükdə arılar artıq bala çıxarırlar. Hansı işçi arının qüvvəsi, yəni qoşunu çoxdursa, həmin qrup 35-40 kq təmiz bal verə bilir. Onlar 15 km.-ə qədər yol gedib gəlirlər. Bir arı 15 km məsafədə yaxşı yem tapsa, qayıdıb o biri arılara da xəbər verir. Sonra bütün arılar həmin yerə uçurlar. Bal arısı koloniyalarında da kimyəvi maddələr yolu ilə qidanın qaynağını göstərmə və təhlükəni xəbər vermə davranışları müşahidə olunur. Arılar həmçinin harada yaxşı yem olarsa, onu hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arılar çox sədaqətli olurlar.  

Bir pətəyin arıları digər pətək arılarını ora buraxmırlar. Hər bir pətəyin qabağında keşikçi arılar var. Pətəyin içərisində müəyyən qruplar var ki, digər arıların çöldən gətirdikləri xortumundakı şirəni, bəzən isə ayaqlarındakı çiçək yarpaqlarını, bəzi vaxtlarda isə gətirdikləri suyu yerbəyer etməklə məşğul olurlar. Su arıların balalamasında vacib rol oynayır.

Qış aylarında arılar çölə çıxmırlar. Əgər bayırda 15 dərəcədən aşağı istilik olarsa, arılar heç vaxt çölə çıxmağa meyilli deyillər.

Arılar arasında işsiz arı ola bilməz. Əgər xəstə arı olarsa, o artıq işə yaramadığı üçün onun qanadlarını yonub pətəkdən bayıra atırlar.

Azərbaycanın arı genofondunu iki arı növü — Bozdağ Qafqaz arısı və Sarı İran arısı təşkil edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!