Hüt-hüt quşu haqqında

Hüt-hüt quşu haqqında
Maraqlı məlumatlar
10.09.2017 166
Avropa, Afrika, Madaqaskar və Asiyadan Yaponiyaya qədər olan bölgələrin park, bağ və açıq ərazilərində yaşayırlar. 28-30 sm boyunda, incə iti dimdikli bir quşdur. Başında ucları qara dik tüklərə rast gəlmək olur. Qanad və quyruq tüklərində eninə qara- ağ bantlar var.

Növləri: Tək bir növü həmçinin bir neçə alt növü mövcuddur. İncə uzun dimdiyi nisbətən qıvrım və yan tərəflərindən basıqdır. Ayaqları qısa və güclüdür. Hərəkət edərkən başını irəli geri tərpədərək başındakı darağı ilə xoş bir görünüş yaradır. Yuva qurmaq üçün çoxlu kol-kos axtarışına çıxmaq əvvəzinə əsasən ağac qabıqlarında, divarların və ya daş yığınlarının arasındakı oyuqlarda məskən salırlar. Torpaq üstündə sıçrayaraq müxtəlif oyunlar göstərirlər. Cütləşmə dövrlərində çıxardıqları səslərə görə "hüthüt" adlandırırlar. Onlara "daraqlı quş" və "ibik quşu" da deyilir. Böcək və həşəratlarla qidalanırlar. Həşaratlarla qidalandığ üçün faydalı bir quşdur. İnsana rahatlıqla öyrəşirlər. Payız mövsümündə Afrikaya köç edirlər. Baharda yenidən Asiya və Avropaya qayıdırlar. Yuvalarını ağac budaqlarında və ya yüksək torpaq dəliklərində qururlar. Köç zamanı tək yaşamağı sevən quşlardır. Açıq ərazidə rast gəlindiyi kimi şəhər parklarında da onlara rast gəlmək olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!