Frederik Şopen haqqında

Frederik Şopen haqqında
Maraqlı məlumatlar
10.09.2017 89
Frederik Şopen 1810-cu il fevralın 22-də Varşava  yaxınlığında dünyaya gəlib. Musiqiçi ailəsində dünyaya gələn Şopeni uşaqlığından musiqi öz əhatəsinə alır və artıq 5 yaşında o, sadə əsərləri pianoda ifa etməyə başlayır. Tezliklə onun müəllimi tanınmış musiqiçi V. Jivniy olur və o, öz şagirdinə klassiklərin əsərlərini öyrətməyə başlayır. Şopen, böyük uğurla Ali Musiqi məktəbini qurtarır. Təhsil illərində o, bir çox fortapiona əsərlərini hazırlayır. Bu zaman o həm də Polşanın ən uğurlu pianoçusu kimi tanınır.Şopen polyak musiqisinin klassiki hesab olunur. Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə — fortepianoya həsr etmiş yeganə bəstəkardır. Ağır vərəm xəstəliyi Şopeni fəal yaradıcılıqla məşğul olmağa qoymur. 1849-cu ildə dünyasını dəyişmiş bəstəkar Parisdə dəfn edilir, lakin onun ürəyi öz vəsiyyətinə görə Polşaya aparılır və indiyədək Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır.



Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla məhəbbət illərinə təsadüf edir. Parisin yaradıcı simaları arasında çox parlaq və eyni zamanda, ziddiyyətli şəxsiyyətlərdən biri, əsl adı Avrora Düdevan olan, özü isə Jorj Sand təxəllüsü ilə tanınan bu qadın çox vaxt kişi libası geyinər, yaxşı at çapar, idmanla fəal məşğul olarmış. Bəzilərinin fikrincə, Jorj Sand və Şopen bir-birini heç başa düşmürmüşlər və elə bu səbəbdən də onların ayrılması tamamilə təbii imiş. Lakin danılmaz bir həqiqətdir ki, Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaratmışdır.Bestekar 1849-cu il oktyabrin 17-de vefat edir.



Vals do diyez minor (or. 64 N 2)

Mazurka lya minor (or. 68 N 2)

Noktürnlər: mi bemol major (or. 9 N 2), fa minor (or. 15 N 1), do diyez minor, cis mol

Polonez lya bemol major (or. 53)

7 və 20 N-li prelüdlər

2 N-li sonata: üçüncü hissə («Matəm marşı»)

3, 12 və 24 N-li etüdlərскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!