Vicdan haqqında aforizmlər

Vicdan haqqında aforizmlər
Maraqlı məlumatlar
10.09.2017 64
İçimizdəki ən böyük hakimin adı vicdandır. (Naməlum)



Vicdan əzabı itirilmiş ləyaqətin əks-sədasıdır. (Eduard Corc Bulver-Litton:İngilis yazıçısı və siyasi xadimi)



Vicdan məhkəməsi ən ali məhkəmədir. (Viktor Mari Hüqo:Fransız yazıçısı)



İradənə hakim ol,lakin vicdanına əsir ol!  (Aristotel:Qədim Yunan filosofu)



İnsanlar qəribədir!Pis bir iş görmək istədikdə əvvəlcə mütləq vicdanlarını susduracaq bir səbəb tapırlar. (Xalid Ziya Uşaqlıgil:Türk ədibi və yazıçısı)



Nə qədər ki,biz vicdanı ləkələməmişik,o,çox namuslu və müdrik hakimdir. (Onore de Balzak)



Rahat yatmaq istəyirsinizsə,yatağa təmiz vicdanla uzanın. (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)



Vicdan minlərlə şahid deməkdir. (Mark Fabi Kvintilian:Qədim Roma natiqi)



Vicdanım hökm etməyə başlasa,mənim hökmranlığıma son qoyular. ( Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi)



Yalnız özünü yalan ,azğınlıq və abırsızlıq zirehinə bürümüş şəxs vicdan məhkəməsindən çəkinməz. (Maksim Qorki:Rus yazıçısı)



Vicdan məsələsində çoxluq qanunu işləmir. (Mahatma Qandi:Hindistan milli-azadlıq hərəkatının rəhbərlərindən)



Vicdanı təmiz olanlar adam arasına çıxmaqdan qorxmur,vicdanı ləkəliləri  isə tənhalıq da qorxudur. (Litsi Anney Seneka:Qədim Roma filosofu)



Vicdan ədalətin ən yaxşı vəkilidir. (Mari Monteqyu:İngilis yazıçısı)



Vicdan deyilən şey birinin bizə nəzarət etdiyini xəbərdar edən bir səsdir. (Henri Luis Manken:Amerika jurnalisti və satiriki)



Vicdan əzabı insanın içində bir cəhənnəmdir. (Corc Noel Qordon Baron:İngilis şairi)



Biz onu öldürmədikcə vicdanımız səhv etməyən bir hakimdir. (Onore de Balzak)



İncilərin ən qiymətlisini daxilinizdə gəzdirin!-o, vicdandır! (Uilyam Şekspir :İngilis dramaturqu və şairi)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!