Mərhəmət nədir?

Mərhəmət nədir?
Maraqlı məlumatlar
10.09.2017 17
Mərhəmət nədir? Yaradılmışlar, bütün canlı varlıqlar üçün bir əksiklik, zəiflik, fanilik, möhtaclıq, kövrəklik duyğusu yaşandığı üçün mərhəmət olmadan həyata davam etmək olmaz. Bu dünyada çətinlik, acı və kədər, qorxu, yoxsulluq və məhrumluq, haqsızlıq, bütün insanları birləşdirən ortaq məxrəcdir. Hər kəsə Yaradan öz ölçüsündə bu paydan vermişdir. Yaradılan heç bir varlıq öz yaranmasının və var olmasının, yaşamasının təməlini özündə tapa bilməz. Öz həyat və kamal zəmanətini öz- özünə təmin edə bilməz. Köməyə, qorunmağa, maraq və dəstəyə ehtiyac duymadan, varlığını qoruyub, inkişaf etdirə bilməz. Onun üçün də hər kəs və hər şey mərhəmətə möhtacdır.



Mərhəmət, hər kəsin yaxşılığını istəyib, onlara kömək etməyi arzulamaqdır. Mərhəmət, bütün insanlar və canlılar üçün dünyanı etibarlı bir yer bilib, ona söykənib yaşamaqdır. Hər kəsə və hər şeyə anlayışla, qayğıyla, anlayış və şəfqətlə yanaşmaqdır. Var olan varlıqları qoruyub, onların üzərində əsməkdir. Bütün canlı varlıqların azadlıq və etibar içində yaşaması üçün inkişafa kömək etmək, varlıqlarının davamı üçün güc və dəstək vermək mərhəmətin təməli hesab olunur. Bizim sahib olduğumuz imkanlara, haqq və hüquqlara, azadlığa başqalarının sahib olmaması içimizdə bir acıma duyğusu oyandırmalıdır. Əgər bu duyğu oyanarsa, onda bunun adı mərhəmətdir. Mərhəmət, başqasının gücsüzlük, çətinlik və dərdi ilə maraqlanmaq, onun vəziyyətinə görə ağrıma və şəfqət göstərmə, onunla birliktə iztirab çəkməkdir. İnsanlar bir pislikdən əziyyət çəkirsə, düşünürüksə ki, o buna layıq deyil, ona duyduğumuz şəfqət, yaxşı niyyətli bir üzüntüdür. Dərd və sıxıntı içərisində olan adamın dərdinə ortaq olmaq, üzüntüsünə kədərlənmək və ona kömək etmək çox məsuliyyətli və mərhəmətli bir əməldir. Mərhəmət, varlıqlardan heç birinə zülm və haqsızlığı rəva görməyib, içlərində zərərli olmayan gücsüzlərin zəif hallarına yanıb, imdad və yardımlarına yönəlməkdir. Mərhəmətin əks mənaları - sərtlik, mərhəmətsizlik, lağlağaçılıq, zalımlıq, qısqanclıq, soyuqluq, maraqsızlıq, daş ürəklilik, eqoizm və duyğusuzluqdur. Mərhəmətli insan başqalarından tamam ayrı bir mənlik və şəxsiyyətlə fərqləndiyi kimi, başqalarının hal və vəziyyətlərini dırk edərək, onlara hər mənada dayaq olar. İnsanlara mərhəmətlə yanaşdıqda, onların daha yaxşı həyat şəraitinə qovuşmasını, hətta bizim kimi olmasını istəyirik.



Mərhəmət eyni zamanda həm ədalət, həm də bərabərlik duyğusunun qaynağıdır. Aralarında, əlbəttə ki, bir fərq vardır. Mərhəmət, bizi yaxşılıq etməyə, başqalarının vəziyyətinə maraq göstərmək və kömək etməyə yönəldən bir duyğudur. Bu maraq və yardım, ağıllı, məntiqi, hüquqi bir ölçü və qanuna görə edildikdə də ədalət ortaya çıxır. Mərhəmət, qarşı tərəfin şəxsiyyətini güdmədən hər kəsə bərabər payladığımız bir acıma duyğusu olmalıdır. Iztirabdan bərabərlik yoxdur, lakin mərhəmət bizə iztirab ehtimalının bərabərliyini öyrədir. Bir başqasının başına gələn mənim də başıma gələ bilər. Mərhəmət, insanların bərabərliyi anlayışına söykənir. İnsan olaraq, hamımız iztiraba qarşı həssasıq, ağrı-acı hamımızı yaralayır. Hər fərdin insanlığının bərabər dəyər daşıdığı bir dünya anlayışı içərisində ancak mərhəmət fərqlənə bilər. Mərhəmət sahibləri, digərlərinin yaşadığı iztirabın nə qədər ağrı verici olduğunu təxəyyül edə bilən insanlardır. Mərhəmət, ağrı, ya da kədərə duyulan hissdir, başqa sözlə, başqasının ıstirabına qatılmaqdır. Mərhəmət, əxlaqi olaraq acı verici bir iztiraba üzülməkdir. Mərhəmət bu hüznün özüdür, daha doğrusu bu kədər mərhəmətin başlanğıcı və ən kiçik vahididir. Mərhəmət, başqasının iztirabını paylaşmaqdır.



Başqasının iztirabını paylaşmaq və ya acı çəkməsinin yaxşı, ya da pis səbəblərini paylaşmaq demək deyil. Bu, nə olursa olsun, bir iztirab qarşısında maraqsız qalmağı və kim olursa- olsun bir canlını bir obyekt kimi qəbul etməyi rədd etməkdir. Bu səbəblə o, prinsipial olaraq ayrı-seçkilik etmədən yanaşma tərzidir. Bundan başqa günahkarlara da mərhəmət duyulur. Pislik edən bir kimsənin içindəki kinə, kədərə, səfalətə baxmayaraq, onun iztirabına qarşılıq olaraq mərhəmət etmək, onun içini gəmirən pislik qarşısında yaxşılıq nümayiş etdirməkdir. Həqiqi mərhəmətin qaynağı Allah sevgisidir. İnsanın Allaha olan sevgisi, Onun yaratdığı varlıqlara qarşı ürəyində bir istilik hiss etməsinə səbəb olar. Allahı sevən insan, Onun yaratdıqlarına qarşı doğrudan bir söhbət və yaxınlıq hiss edər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!