İndi isə siz deyin kimdir onlar

İndi isə siz deyin kimdir onlar
Maraqlı məlumatlar
10.09.2017 34
O sənin varlığına səbəbdir...

O ilahi müjdədir..

O müqəddəsdir,

O əvəzsizdir...

O bəşəri-aləmdə yeganə qiymətsizdir...

Kimdir O...?!



O dərindən nəfəs alışındır...

O ən doğru məsləhətçin, güvənin, dayağındır

O qollarında qüvvət, dizlərində amanındır..

O şərəfindir, təmiz adındır..

Kimdir O...?!



O ata ocağının ən incəsidir

O qəlb evinin məsum bir incisidir

O ləyaqətin, qeyrət rəmzidir

O dərdinə yanandır

O ikinci Anandır..

Kimdir O...?!



O fəxrindir

O qürurundur

O dikələn qamətin, yalanlar içində doğrundur...

O çiynində əldir

O sənin üçün bir oba, bir eldir

Kimdir O...?!



O başına tacdır Üzüyünə ən qiymətli qaşdır...

Yaxın həmdəmin,əvəzolunmaz sirdaşdır

O bəzən həm ata həm qardaşdır..

O ömrünə gününə yoldaşdır..

Kimdir O....?!



O şirin dünyandır

O xəyalını yaşadığın royandır.. O həyatındır.. O nəfəsindir, o canındır Sanarsan ki, bir yanındır.. Kimdir O...?!



O səni bağışlayandır..

O sənin ona uzanan əllərini şəfqətlə sıxandır..

O sənə bağı qapıları açandır..

O bir addıma qaçaraq gələndir

O sənin üçün ən yaxşını biləndir..

Kmdir O...?!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!