Düşün

Düşün
Maraqlı məlumatlar
10.09.2017 18
İşindən narazılıq etdiyin an o belində yük daşıyan insanları DÜŞÜN.



Aldığın maaşdan narazılıq etdiyin an ondan dəfələrlə az miqdarda ən çətin işlərdə işləyənləri DÜŞÜN.



Günorta bişirilən yeməyə köhnədir deyərək o yeməkdən imtina etdiyin an aclıqdan halsız gəzən insanları DÜŞÜN.



Evim darısqaldır,bu nə evdir deyndiyin an dayanacaqlarda, oturacaqlarda yatan, binaların zirzəmisində,vaqonlarda yaşayanları düşün, soyqudan donan,istidən ürəyi dayanan insanlarıDÜŞÜN.



Hər gün universitetə,məktəbə getməmək üçün bəhanələr axtardığın an kasıbçılıq ucbatından kitab, məktəb, universitet üzünə həsrət qalanları DÜŞÜN.



Hər dəfə valideynlərinlə sözün çəp gəldiyində, onlarla acıqlı danışdığında, özünü təmizə çıxartmaq üçün onları günahlandırdığın an körpələr evinə atılmışları DÜŞÜN



Sevgisizlikdən şikayət etdiyin anlarında sevgidən əzab çəkənləri DÜŞÜN.



Yeni paltar almaq üçün, ya da əvvəlki paltarlarından bezdiyin, modası keçib geyinməyə heç nəyim yoxdur dediyin an qışın soyuğunda ayaqqabısız, nazik, cırıq paltarla gəzənləriDÜŞÜN



Valideynlərinlə dalaşdığın an onların səni sevmədiklərini düşündüyün an onların sənin üçün çəkdiyi hər bir əziyyəti DÜŞÜN.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!