Uşaqlıqdan qalan 2 böyük xüsusiyyət

Uşaqlıqdan qalan 2 böyük xüsusiyyət
Maraqlı məlumatlar
10.09.2017 8
Uşaqlıqdan qalan 2 böyük xüsusiyyət


ABŞ-ın Minnesota Universitetindən Dr.Jeffry A.Simpson körpələrin 12-18 aylıq olarkən, anayla əlaqəli təcrübələrində şəxslərin 20 il sonra emosional əlaqələrinə təsir göstərdiyini müəyyənləşdirib.
Simpson, körpəylə necə davranıldığının, nə qədər şəfqət görüb sevildiyinin körpənin yaddaşında yerləşdiyini vurğulayıb.
Alim, insanların mövcud vəziyyətlərinin yükünü daşımaq üçün əllərindən gəldiyi qədər keçmişdə olanlarla bağlı uyğun yol axtardığını da qeyd edib.
Aşağı gəlirli anaların uşaqlarının vəziyyətini araşdıran alimlər, indi yetkinlik yaşına çatanları analarıyla stressli vəziyyətlərə salaraq, necə reaksiya verdiklərini araşdırıb.
Uşaqlarla gənclik dövrlərinə qədər ictimai və emosional vəziyyətin müəyyənləşdirilməsi üçün nizamlı şəkildə müzakirələr aparılıb.
Uşaqların yaxınlarıyla, ən yaxşı dostlarıyla və daha sonra sevgililəriylə qarşıdurmalarında necə davrandıqları öyrənilib.
Alimlər müşahidə ediblər ki, yeni əlaqələrlə, daxili müşahidə və ya terapiyayla davranışlar dəyişsə də, stressli vəziyyətlərdə köhnə nümunələr yenidən əmələ gəlir.
Körpə yaşlarında baş verənlərin gənclik dövrünə təsiri isə psixologiyada yeni deyil. Ancaq bunun fərziyyə olduğunu qeyd edən alimlər, ana-uşaq əlaqəsi ilə sevgili əlaqəsinin öyrənildiyi bu araşdırmanın, əvvəlki fərziyyələr üçün dəlil olacağını qeyd ediblər.
Araşdırmanın nəticələri ''Current Directions in Psychological Science'' jurnalında nümayiş olunub.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!