Nədir o?

Nədir o?
Maraqlı məlumatlar
10.09.2017 4
Nədir o?


Olur - olmaz zamanlarda çıxar qarşımıza. Üsyankardır.
Bəzən qeyri-mümkündür. Maneə törədər.
Onu qeyri-mümkün edən nə qədər çox səbəb varsa o qədər çox yüksələr.
İnadınadır. Ölümünədir, Arsızdır əmək filan istəməz səndən... Ən çox da bu baxımdan başqa əlaqələrə bənzəməz.
Hesabsızdır , açıq-aşkardır. Sabahı, o biri günü, sonu sonrası yoxdur, sonsuzdur.
Ehtirasdır.Gücdür. Onu məğlub etmək olmaz. Yalnız içəridən yıxıla bilər. Yalnız buna dayanıqsızdır.
Sevincdir.Kədərdir.İşıqlıdır. Qaranlıqdır.
Coşquludur.Aza qane olmaz həmişə daha çoxunu istər. Boşluq tanımaz.
Mənalıdır bəziləri üçün bəzən də mənasızdır.
Pis keçmiş uşaqlıqdır. Anasının birdənəsidir.
Çox ağır romandır.



Güvəndir, xəyaldır.Gerçəkdir yalandır.
Gülməkdir, ağlamaqdır.Susmaqdı, danışmaqdı.
Hiyləylə işi olmaz, düzgündür.
Avaradır, zaman bilməz məkan tanımaz.Qiyamçıdır. Sərhədlərə meydan oxuyar.Sərhədlərə sığmaz.
Mərhəmətli bir ümiddir. Müdrikdir. Özünün olduğu yerdə ölümü əhəmiyyətli hesab etməz.
Sabahı, o biri günü, sonu sonrası yoxdur, sonsuzdur.
Hamıya aid deyil yalnız onu başa düşənlərə və onu yaşayanlara aiddir.
Bəs nədir o ?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!