Bürclər insan xasiyyətinə təsir göstərirmi?

Bürclər insan xasiyyətinə təsir göstərirmi?
Maraqlı məlumatlar
10.09.2017 15
"İnsanların xasiyyətlərinin bürclərlə əlaqələndirilməsi cəfəngiyyatdır. Ümumiyyətlə, bürclərlə insan xasiyyətləri arasında hər hansı bir əlaqə yoxdur və dünya elmi də bu əlaqəni inkar edir".



Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib.



Onun sözlərinə görə, hazırda ulduz fallarını çox adam qəbul etsə də, sovet dövründə belə hallar qəbul olunmurdu və təbliğat tamamilə başqa cür aparılırdı: "Deyirlər ki, uşaq hansısa planetin himayəsi altında dünyaya gəlib. Yaxud uşaq oğlaq bürcündə doğulubsa, onda onun xasiyyəti oğlaqın, şir bürcündə doğulubsa, şirin xarakteri ilə əlaqəlidir. Bunlar hamısı cəfəngiyyatdır. Astrofizik kimi bunların heç birinə inanmırıq. Bu, tam qədimdən yaranan, elmi əsası olmayan baza üstündə yaradılmış bir fikirdir".



X.Mikayılov bildirib ki, keçmiş zamanlarda bürclər şərti adlandırılıb. İnsanlar parlaq ulduzları müəyyən xəyali xətlərlə birləşdirib onları müxtəlif fiqurlara oxşadıblar və ona uyğun da adlandırıblar: "İlin 12 bürcə bölünməsi də şərti bölgüdür. Buna görə də insan xarakterinin bürclərə uyğunluğunun hansısa elmi əsası ola bilməz".



Rəsədxananın direktor müavini bildirib ki, uşağın xarakteri genetik amillərlə daha çox bağlıdır.



Amma o, bununla belə hesab edir ki, günəş şüalarının düşmə bucağı, onun üfüqdən hündürlüyü uşağın xarakterində rol oynaya bilər. Bu səbəbdən də yay və qışda doğulan uşaqların xaraketləri fərqlənə bilər:



"Mənim fikrim odur ki, uşaq hələ ana bətnində olarkən - doğuma yaxın zamanda günəş şüasının düşmə bucağının fərqli olması qışda doğulan uşaqlara başqa cür, yayda doğulan uşaqlara başqa cür təsir edir. Soyuq aylarda doğulan uşaqlar bir az mülayim olurlar. Bu, onunla izah edilə bilər ki, qışda günəş şüasının düşmə bucağı çox aşağı olur. Amma isti aylarda doğulan uşaqlar bir az aqressiv, əsəbi olurlar. Çünki isti aylarda günəş şüaları zenitə yaxın yerdən keçir. Həmin vaxt onun düşmə bucağı böyük olduğuna görə bu, ana bətnində olan, doğulan uşaqlara başqa cür təsir edə bilər. Düzdür, bunun da hələ elmi əsası yoxdur. Amma bu, mənim şəxsi fikrimdir".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!