Mikrobların ən çox olduğu ağlasığmaz 10 əşya

Mikrobların ən çox olduğu ağlasığmaz 10 əşya
Maraqlı məlumatlar
10.09.2017 28
Bakteriyaların çox olduğu yerləri hamımız bilirik və hamımız həmin yerlərdən özümüzü qoruyur mümkün qədər toxunmamağa çalışırıq. Amma hər gün təmasda olduğumuz, ətrafımızda gözə dəyməyən elə "mikrob bankları” var ki, onlar hətta ən çox təhlükə hesab etdiyimiz yerlərdən belə təhlükəlidir.



Restoranlardakı menyu kitabçaları - ən elit  xidmətə sahib, lüks şəraitli restoranlarda belə yeməklərinin ad və qiymətlərinin təqdim olunduğu menyu kitabçaları təmiz mirob bankıdır. Onun təmizliyi kimsənin diqqətində deyil. Yemək verilən boşqab da deyil ki, yuyulsun. Nə yuyulur, nə də tez vaxtda dəyişdirilir. Əldən-ələ, yerdən-yerə gəzən menyu  hər yandan olan mikrobları özünə çəkir. Odur ki, menyu kitabçasına əlinizi vurdunuzsa mütləq yemək yeməmişdən qabaq onları möhkəmcə yaxalayın.



Elektrik düymələri – bu hər evin hər otağında, hər otağın hər divarında olan və işıqları yandırmaq üçün vurduğumuz düymələrdir. "Qoy işığı yandırım, yaxud söndürüm” deyərkən istifadə etdiyimiz düymələrdə nə qədər mikrobun gəzdiyindən xəbərsizik. Həmin düymələrə gün ərzində çox toxunulur. Amma onlar əksər hallarda nə təmizlənir, nə də yenisi ilə əvəz olunur. Əl təmasları isə get-gedə artır.



Sürahilər – metro eskalatorunda olan zaman bir xanım dayanmadan deyir "sürahilərdən tutun, pilləkənlərin sağ  kənarında dayanın”. O bilsə isi ki, həmin sürahilərdə nə qədər mikrob var, heç belə deməzdi. Sürahilər ən yaxşı halda gündə bir dəfə təmzilənir. Amma həmin sürahilərə gün ərzində minlərlə insanın əli dəyir. Onlar tamamilə gözdən kənardadırlar. Sanki elə durduqları yerdə qalmaq və söykənmək üçün ıazırlanıb. Təmizlik isə kimsən maraqlandırmır.



Əl qurutma cihazları - çox yerlərdə əlləri yuduqdan sonra qurudulması üçün bu cihazlar quraşdırılıb. Amma əlləri quruda – quruda özü mikrob yurduna çevrilir. Əksər hallarda təmizlənmir. Bəzən yaxşı yuyulmayan əlləri ona yaxınlaşdıranda olan-qalan mikrobu da özünə çəkir.  



Avtobusda tutacaqlar – daha bu haqda danışmağa çox da ehtiyac yoxdur. İnsan orqanizmi üçün ən zərərli əşya avtobusdakı tutacaqdır. Ona bircə dəfə toxunmaq belə insana xeyli sayda bakteriya bağışlayır.



Dəsmal – çoxumuz bilmirik ki, əli yuyub təmizləyəndən sonra yenidən onu çirkləndiririk. Özü də çox sadə: mikrobların var-gəl etdiyi dəsmalla qurutmaqla həmin mikrobları əlimizə calayırıq. Odur ki, evdə hər şəxsin bir dəsmalı  olmalıdır. Həmin dəsmal da ən pis halda iki gündən bir yuyulmalıdır.



İdman zalındakı alətlər: bir anlıq düşünək: bu alətlər nə yuyulur, nə dəyişdirilir nə də ayrı üsulla təmizlənir. İdman zalındakı adamlar da eyni alətlərdən istifadə edir.  Bir əldən alınan mikrob o biri ələ həmin idman aləti vasitəsilə keçir. Odur ki, hər dəfə idman zalından çıxan kimi əlləri möhkəmcə yumaq lazımdır.



Pul - elə bilirsiniz ki, pula nahaq yerə "əl çirki” deyiblər? Ancaq gigiyenik mqaydaları nəzərə alandan sonra pula belə ad verilib. Düşünün, cinimizdəki pul heç zaman bizim deyil, o kiminsə cibindən çıxarıaq bizim cibimizə girib. Bizim cibimizdən çıxandan sonra da kiminsə cibinə girəcək. Yəni hər zaman dövr edir, dövr edə-edə də mikrobları özünə cəm edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!