Bir kişidən imtina etməli olduğunuz vəziyyətlər

Bir kişidən imtina etməli olduğunuz vəziyyətlər
Maraqlı məlumatlar
10.09.2017 21
Bir kişidən imtina etməli olduğunuz vəziyyətlər

Əlaqənizi davam etdirməlisinizmi, yoxsa dərhal ondan uzaqlaşmalısınızmı deyə çarəsiz düşünmək yerinə ağıllı davranın.Köhnə sevgilisiylə görüşdüyünü öyrəndinizSevgilinizə nə qədər güvənsəniz də, köhnə sevgilisiylə sizdən gizli görüşdüyünü öyrənmək ilk anda şok ola bilər. Amma dərhal özünüzə gəlin; bir qərar vermək lazımdır! Sizə köməkçi olacaqsa, Tom Cruisenin Nicole Kidmanla görüşməyə davam etməsi Penelope Cruzla əlaqəsini çətinliyə salmışdı. Nicole Kidman, həyatı boyunca Tom Cruisenin yanında olacağını söyləmişdi, amma Penelope Cruz eyni fikirdə deyildi.Düyünü həll edin: O hər şeyi açıq açıq izah etməyi düşünürsə, onu dərhal günahlandırmaq yerinə, izah etdiklərinə qulaq asın. Bir-birinizə nə qədər əhəmiyyət verdiyinizi göstərmək, sizi daha da yaxınlaşdıracaq.İmtina edin: Köhnə sevgilisiylə həmişə görüşürsə və bu mövzuyla əlaqədar sual soruşanda ya yalan danışır ya da niyə narahat olduğunuzu anlamırsa, deməli ortada görməməzlik edə bilməyəcəyiniz bir problem var. Vəziyyəti qaranlıqda buraxdığına görə, sizdən gizlətməyə çalışdığı nələrsə ola bilər.Ailəniz ona nifrət etdiSevgilinizi çox bəyənməklərini gözləməyin onsuz da. Ailələr, təbiətlərinə uyğun olaraq qoruyucudurlar. Amma ana müdrikliyinə qulaq şəkləmək pis bir fikir olmağa bilər.Düyünü həll edin: Ailəniz sevgilinizin geyim tərzinə, qulağındakı sırğaya ya da keriyarası olmamasına fikir verirsə, bir az haqsızlıq edə bilərlər. Bu vəziyyətdə seçiminizin arxasında durun.İmtina edin: Çox təəssüf ki, ailələr ümumiyyətlə haqlı çıxarlar. Ananız yaxşı bir işi olan, yaraşıqlı və varlı sevgilinizdən niy xoşu gəlməsin ki? Bəlkə də gözləri eşqdən kor olmadığı üçündür. Ailənizə qulaq asıb, addımlarınızı diqqətli atmaq ehtimalla sizi incidilməkdən qoruyacaq.Əsla evlənmək istəmirYalnız bir neçə aydır birlikdəsinizsə, il sonuna doğru önünüzdə diz çökməsini gözləmək çox məntiqli olmaya bilər. Amma həyatdan və gələcəkdən gözlədiklərinizin fərqli olması, çox gecikmədən düşünməli olduğunuz bir mövzudur.Düyünü həll edin: Gələcəkdə nələr olacağı sizi çox düşündürmürsə, hadisələri rahatlıqla gedişinə buraxa bilərsiniz.İmtina edin: Birlikdə keçirdiyiniz gözəl bir gündə, əlaqənizlə əlaqədar elə bir şey söyləyəndə, "Nə əlaqəsi var? Aramızda keçənləri bu qədər ciddi qəbul etməməlisən" kimi bir cavab aldınızsa, qaçın.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!