Fotolarda gözəl görsənmənin 20 üsulu

Fotolarda gözəl görsənmənin 20 üsulu
Maraqlı məlumatlar
10.09.2017 25
Bəzən nə qədər də gözəl olsanız da şəkillərdə bu gözəlliyi əks etdirə bilmirsiniz. Buna qeyri-fotojeniklik deyilir. Əgər şəkillərdə yaxşı düşmürsünüzsə, o zaman sizinçün yazdığımız bu məsləhətləri diqqətlə oxuyun və tətbiq edin. Nəticədən məmnun qalacaqsınız.



Şəkillərdə gözü bağlı düşürsünüzsə, şəkil çəkilməzdən öncə gözlərinizi bağlayın və çəkilməzdən 1-2 saniyə qabaq açın.

Boğazınızın altı kökdürsə, bu görüntünü şəkildən çıxarmaq üçün üzünüzü biraz qabağa çəkin. Çənənizi alnınızdan geriyə doğru çəkdiyinizi düşünün. Qəribə səslənsə də fotolarda yaxşı nəticələr əldə edə biləcəksiniz.

Tonal kreminizi dərinizin rənginə uyğun seçin. Və tonal kremi boğaz hissənizə də çəkməyi unutmayın.

Gözlərinizin daha parlaq düşməsi üçün, gözlərinizi iri açın. O zaman, daha çox işıq düşəcək və gözləriniz parlaq görünəcək.qeyri fotojenik

Yaxşı düşdüyünüz şəkillərə diqqət edin. Hansı tərəfdən, hansı ifadəylə yaxşı düşürsünüzsə onu tətbiq edin.

Ağzınızı çox açaraq gülməyin. Bunun qarşısını almaq üçün dilinizi dişlərinizə söykəyin.

Qaşlarınızı vurğulayın. Qaşlar sadəcə duyğu və xarakteri göstərməz, eyni zamanda kamerada canlı görünməyinizə yardımcı olar.

Saçlarınızın parlaq olmasına fikir verin. Bunun üçün spreydən də istifadə edə bilərsiniz.

Kimsə şəkillərinizi çəkməzdən öncə işığa baxın. Beləliklə, göz bəbəkləriniz kiçilər və "qırmızı gözlərdən” qurtularsınız.

Gözlənilmədən fotoçəkilişə ehtiyac olacaqsa, bir salfet yardımıyla üzünüzü qurudun və yanaqlarınızı sıxaraq çəhrayı görünməsinə şərait yaradın.fotojenik olmaq

Allıqdan mütləq istifadə edin. Yanaqlarınızda rəng olmadan, üzünüz ikiqat böyük görünəcək. Almacıqların üstünə orta çəhrayı tonda allıq tətbiq edin.

Kameraya qarşı dümdüz dayanmayın. Biraz sağa, biraz sola əyilərək daha yaxşı görüntü əldə edə bilərsiniz.

Incə görünmək üçün, əllərinizi çanaqlarınıza qoyun, bədəninizi yana doğru əyin və başınızı kameraya çevirin.

Boynun aşağısında kiçik bir parıltı dərinizə xoş bir parlaqlıq verəcəkdir.

Arxa fonun daha açıq tonda olmasına diqqət edin. Bu, üzünüzü parlaq göstərəcək. Ağ rəngli fon, kameranın avtomatik olaraq üzünüzün rəngini tapmasına kömək edəcək.

Dodaq boyalarında parlaq və açıq tonlara üstünlük verin. əksi sizi daha yaşlı göstərəcək.

Birbaşa işığın altında dayanmayın. Üzünüzdə kölgələrə yol açar. Bunun yerinə, işığın qarşısında dayanın.

əlinizdə bir əşya tutun. Bu müvazinətinizi tarazlayacaq.foto

Gözlərinizin parlaq olması üçün işıq gələn yerə baxın. Bu daha gözəl görünmənizə kömək edəcək.

Gülümsəməkdən qaçmayın. Təbii bir gülümsəmə şəklinizin ideal alınmasına kömək edəcək .скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!