Kübrabəyim Әliyeva haqqında

Kübrabəyim Әliyeva haqqında
Maraqlı məlumatlar
10.09.2017 8
Azәrbaycan Respublikasının Əməkdar artisti Kübra Әliyeva 1949-cü il yanvar ayının 5-dә Gәncә şәhәrindә anadan olmuşdur. M.A.Әliyev adına Azәrbaycan Dövlәt İncəsənət İnstitutunun mədəni – maarif fakültəsini bitirmişdir. Bir müddәt Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi fәaliyyәt göstәrmişdir. Kübra Әliyeva Musiqili Komediya Teatrında "Qızıl toy" tamaşasında Ballı, "Sevgilimin anası"nda Gülbadam, "Mәşәdi İbad"da Sənəm vә.s. yadda qalan obrazlar yaratmışdır.



Kubra Әliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. Akademik teatrda Ponsiya ("Dişi canavar "), Nazilə ("Dəlilər və ağıllılar") , Hayqanuş ("Hökmdar və qızı") , Qaraqoyunlu ana ("Ağqounlular və Qaraqoyunlular") , Firəngiz ("Ah,Paris… Paris!..") , Ana ("Eloğlu") vә.s. obrazları özünəməxsus peşəkarlıqla ifa etmişdir. Aktrisa televeziya tamaşalarından o dövrdә böyükdәn kiçiyә hamı tanıyıb, sevib. Mәn Kübra xanımı "Evləri köndələn yar" televiziya tamaşasındakı obrazı ilә tanımışam. Fikirlәşirәm ki, bazarkom Nadirin xanımı rolu elә bil Kübra xanım üçün yazılıbmış. Başqa heç kim onun kimi gözәl ifa edә bilmәzdi.



Bundan әlavә Kübra xanım "Analar" tamaşasında Zәrbuta qaynana obrazını, "İtkin gəlin" Xәdicә, "Sabiqlər" Nazirin arvadı, "Sonuncu məhəbbət" Ümbülnisə teletamaşalarında iştirak edib. Kübra xanımı hәr oynadığı obrazı gözәl ifa edib.  Kübra Әliyeva Azәrbaycan kinosunda da öz sözünü demiş aktrisalarımızdandır. Onun "Axırıncı aşırım", Güllәlәnmә tәxirә salınır", "Canavar balası"," Sonuncu mәhәbbәt", " Şahid qız", "Şirbalanın mәhәbbәti", " Tam mәxfi", " Mәhәllә" vә.s. filmlərdə ifa etdiyi rollar tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanmışdır. Aktrisa 2006-cı ildən Prezident təqaüdçüsüdür. Kübra xanım bir neçә ildi xәstәlikdәn müalicә alır. Teatrdan çıxdığını vә çox yorulduğunu yazıb. Şair demiş, insanlara saglığında qiymәt verməliyik .Mən saytımız adından Kübra xanıma cansağlığı, uzun ömür arzulayıram. Azәrbaycan tamaşaçıları üçün yaratdığı, bir birindәn gözәl obrazlara görә ona ürəkdən tәşәkkür edirik.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!