5 duyğu orqanımız haqqında eşitmədiyiniz 23 maraqlı məlumat

5 duyğu orqanımız haqqında eşitmədiyiniz 23 maraqlı məlumat
Maraqlı məlumatlar
10.09.2017 11
1. Gözləriniz vasitəsilə beyinə göndərilən məlumatlar, həyat boyunca əldə etdiyiniz bütün məlumatların 85% -ini təşkil edir.



2. Gözləriniz mavidirsə, dünyadakı bütün mavi gözlülərlə qohumsunuz deməkdir. Mavi gözlü ilk insanın 6000-10000 il əvvəl ortaya çıxdığı düşünülməkdədir. Bundan əvvəl hər kəs qəhvəyi gözlü idi. Ona görə qəhvəyi gözlüsünüzsə, "qədim insansınız" deməkdir :)



3. Rəng korluğunun kişilərdə görülmə nisbəti, qadınlardan daha yüksəkdir.

 

4. Dəqiqədə orta hesabla 17 dəfə göz qırparıq.



5.Qocalan hər insan, "oxuma eynəyini" istifadə etmək məcburiyyətində qalacaq :) Yaş aldıqca gözlər, fokuslanma qabiliyyətini itirir.



6. Bədənimizdəki ən sürətli çalışan əzələ göz əzələsidir.



7. İnsan gözünə ən yaxın gözlərdən biri, köpəkbalığı gözüdür. Buna görə göz əməliyyatlarında protez olaraq istifadə edilə bilər.

 

8. 80 desibelin üzərindəki səslər insan qulağına zərər verərkən, 120 desibelin üzəri səslər qulaq içindəki sinirləri qalıcı olaraq məhv edə bilər. Məsələn, bir rok konsertində 15 dəqiqə boyunca dinamiklərin qarşısında dayanmaq, eşitmə itkisinə səbəb ola bilər.



9. Qulaqlarınızı yalnız "eşitmə" ilə əlaqədar olduğunu düşünürsünüzsə yanılırsınız. Daxili qulaq hissəsi eyni zamanda bədənimizin TARAZLIQ sisteminin bir hissəsidir. Buna görə başgicəllənmələrin ən tez rast gəlinən səbəbləri, qulaqla əlaqədar narahatlıqlardır.



10. Ana qarınındakı bir körpədə ilk olaraq dad və qoxu hiss etmə duyğusu, sonra eşitmə duyğusu, sonra lamisə (toxunma) duyğusu və ən son görmə duyğusu inkişaf edər.

 

11. Bədənimizdə toxunma duyğunuğun ən çox olduğu bölgələr, barmaq uclarımız və dodaqlarımızdır.



12. Dərimizdə olan toxunmaqla bağlı qəbuledicilər, yaşlandıqca azalır. Elə çox qocalmağınıza da ehtiyac yoxdur. 16-18 yaş arasında bu qəbuledicilər sayca zirvəyə çatır. Sonra çox yavaş bir şəkildə azalmağa başlayırlar.



13. Toxunma, beyində endorfini (bədəndəki təbii ağrı kəsici hormon, xoşbəxtlik hormonu) hərəkətə gətirər. Bir yerimiz ağrıdığında, o nöqtəyə toxunma və ya masaj etmə ehtiyacı hiss etməmiz bu səbəbdəndir.

 

14. Tüpürcək tərəfindən parçalanmayan heç bir yeməyin dadını ala bilməzsiniz. Tüpürcək, yiyiləcək yeməklər içində olan kimyəviləri həll edir və dil üzərində olan alıcılara çatmasını təmin edir. Bunu kiçik bir təcrübə ilə test edə bilərsiniz. Məs: dilinizi təmiz bir kağız dəsmalla qurulayın və məsələn biskvit kimi quru bir yeməyi dilinizə dəydirin. Şəkərin dadını nə qədər alacaqsınız?



15. "Dad" ilə "Ətirləri" hissetmə duyğusu bir-birindən ayrılmaz bir ikili kimidir. Hətta dad olaraq qəbul etdiyimiz şeylərin yüzdə 80-i əslində qoxudur! Burnunuzu bağlayaraq yemək yeməyə çalışın. Nə qədər düzgün dad ala bilərsiniz?



16. Qadınların dad və qoxu alma duyğusu kişilərdən daha çox inkişaf etmişdir.

 

17. Qadınlarda qoxu həssaslığı, hamiləlik əsnasında normalın çox üstünə çıxar.



18. Qoxu alma duyğusu, beynimizin duyğu, yaddaş və yaradıcılığı təsir hissəsində yer alır. Buna görə insanlar qoxuları, tez-tez keçmişdə yaşadıqları təcrübələrlə əlaqələndirir.



19. "Ətirlər", tez bezən bir düyüdür! Bir yeməkxanaya ya da ətriyyat mağazasına ilk girdiyinizdə, zəngin ətirləri və qoxuları dərhal hiss edərsiniz, lakin çox tez öyrəşərsiniz.



20. Təbiətdəki heyvanlarla müqayisədə insanların qoxu alma duyğusu çox zəifdir.

 

21. İtlər sanki qoxu almaq üçün yaradılmış canlılardır. İtlərin beynində qoxu alma duyğusu üçün ayrılan bölüm, insanlarınkından 40 qat daha çoxdur. İtlər bir obyekt və ya canlı ilə qarşılaşdığında, bizim kimi uzun baxışlar ataraq deyil, iyləyərək analiz etməyə çalışırlar. Bəzi itlər, bu qeyri-adi qabiliyyətlərini istifadə edərək xərçəng, epilepsiya və diabet kimi xəstəlikləri erkəndən diaqnoz qoya bilərlər.



22. Bəzi heyvanların duyğu reseptorları, vərdiş olduğumuzun çox xaricində tapılar. Məsələn; kəpənək və ağcaqanadların dad alma orqanları ayaqlarındadır. Pişikbalığınınkı isə bütün gövdəsinə yayılmış şəkildədir. 23. Bəzi heyvanlar isə, bizə "super güc" kimi gələ biləcək duyğu reseptorlarına malikdirlər. Məsələn; bəzi ilan növləri infraqırmızı görüş təmin edən duyğu orqanlarına sahib olduğu halda, quş və arılar ultrabənövşəyi işığı qəbul edə bilərlər.



Delfinlər isə səs dalğalarını o qədər təsirli şəkildə istifadə edərlər ki, bəzi mütəxəssislər hamilə bir qadının qarınındakı dölü hiss edə bildiklərini söyləyir. Yəni əlavə bir maşın istifadə etmədən ultrasəs "çəkərlər" :)



Eyni şəkildə köpək balıqları ətraflarındakı elektrik dəyişməsi, quşlar isə dünyanın maqnetik sahəsini hiss edə bilirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!