Yalançı olmaram ki...?

Yalançı olmaram ki...?
Maraqlı məlumatlar
10.09.2017 8
Desəm ki , kaş çoxlu qar yağa deyib sevinenler evsizleri heç düşünmürlər- Yalançı olmaram...?



Desəm ki, varlıları it-pişiklərinin içdiyi süd, aclıqadan südü qurumuş ana övladına alıb verə bilmir- Yalançı olmaram...?



Desəm ki, valideyinlər öz seçdikləri insanlarla övladlarına gələcək quraraq onları məhv edirlər- Yalançı olmaram...?



Desəm ki ali təhsillilər fəhlə işləyərkən savadsızlar pulun hesabına yuxarı vəzifələrdə ağalıq edir- Yalanı olmaram...?



Desəm ki, ibadət edənlərə ətrafındakılar hər hansı dini icmaya qoşulmuş kimi baxırlar- Yalançı olmaram...?



Desəm ki, bir neçə il övladı olmayan qadını boşayırlar- Yalançı olmaram...?



Desəm ki,yalanın ağı qarası yoxdu.Yalan yalandı- Yalançı olmaram ki...?



Üzünmə sivincə çıxdı eybəcərləşdim deyənlər, bəs mən xəstəlikdən saçları tökülən birinə çox gözəlsən desəm- Yalançı olmaram...?



Desəm ki, dəyişən dünya deyil biz insanlarıq- Yalançı olmaram?



Desəm ki, nəfəs alarkən yaşadığını hiss etmək gözəldi - yalançı olmaram?



Desəm ki, var dövlətin içində mənasız həyat yaşamaqdansa işləməkdən qabar atmış əllərə halal çörəyini qazanıb xoşbəxt olmaq gözəldi - yalançı olmaram?



Desəm ki, atasız qızın cüzi bir səhvində ,ətrafındakılar dedi-qodularla onun bütün həyatını məhv edirlər - yalançı olmaram?



Desəm ki, dənizin o mavi suları özümü-özümə də unutdurur - yalançı olmaram?



Desəm ki, ibadətim ruhumu gözəlləşdirir, ibadətə ölümdən başqa heç nə maneə olmur - yalançı olmaram?



Desəm ki, onun bir təbəssümü qışı yaza çevirir - yalançı olmaram?



Desəm ki, bütün çətinliklərə baxmayaraq həyat gözəldi - yalançı olmaram?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!