İntihar etmiş məşhurlar

İntihar etmiş məşhurlar
Maraqlı məlumatlar
10.09.2017 31
İntihar etmək üçün əsas səbəb pulsuzluq götürülsə də, bu belə deyil. İntiharı çıxış yolu kimi düşünürlər.



Dünyada müxtəlif səbəblərlə özünə qəsd edən şəxsiyyətlər olub. intihar edən məşhurları araşdırıb, onları sizə təqdim edirik:



*
Cek London intihar edən şəxsiyyətlərdəndir. Onun intiharına səbəb olan
əsas amillər içki idi. İçkini atmağı asan hesab edən yazıçı, sonradan
bunun mümkünsüz olduğunu anladı. Gənc yaşlarında morfi iynəsini böyük
doza ilə vurmaqla həyatdan vidalaşdı. Bir çox mənbələrdə isə, onun
1916-cı ildə yuxu zamanı öldüyü bildirilir.

* Adolf Hitlerin 1945-ci
il aprel ayının 30-da Berlinin ələ keçəcəyini yəqin etməsindən sonra
sığınacaqda intihar etdiyi güman edilir. O yaxalanmamaq üçün ağzından
atəş açaraq özünü öldürmüşdür.

* Edqar Allan Po ABŞ-ın ilk qısa
hekayələr yazan yazarıdır. Varlı insan tərəfindən oğulluğa götürülən
Edqar sonradan yoxsulluöa düçar olur. 1849-cu ildə o, Baltimordakı
xəstəxanada intihar etmişdir. Amma onun ölümü haqda hələ dəqiq
məlumatlar yoxdur.

* Amerikalı yazıçı Ernest Heminquey həyatının son
illərində depressiyaya qapılmışdı. 1960-cı ildə depressiya və ciddi
əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına
yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə
apara bilməmişdilər. Nəticədə böyük ümidsizliyə qapılan yazıçı özünü ov
tüfəng ilə öldürür. Qeyd edək ki, yazıçının babası və atası da
həyatlarına intiharla son qoymuşdular. Merilin Monro

* Məşhur yunan filosofları Pifoqor və Demokrit özlərini aclığa məhkum edərək intihar etmişlər.

*
Sergey Yeseninin ölümü haqqında verilən rəsmi məlumata görə, 1925-ci il
dekabrın 27-dən 28-nə keçən gecə Leninqradın «Anqleter» otelində
Yesenin özünü asaraq intihar etmişdir. Yesenin öz dövrünün ən böyük və
səmimi şair idi.

* İstedadlı rəssam Van Qoq — «Taxıl zəmisində
qarğalar» rəsmini çəkdikdən sonra özünü başından güllə ilə vurmaqla
intihar etmişdir. İçkidən çox istifadə edirdi, psixologiyasında ciddi
problemlər yaşanırdı.

* İngilis pop müğənnisi Charles Haddon isə
2010-cu ildə Belçikada təşkil olunan musiqi festivalında elektrik
dirəyindən atlayaraq intihar edib.  

* 1962-ci il avqustun 5-də dünya
şöhrətli Hollivud ulduzu Merilin Monronun meyiti öz yatağında tapıldı.
İlkin araşdırmalar onu deməyə əsas verirdi ki, Merilin Monro yüksək
dozada həblər qəbul edərək intihar etmişdir. Amma bu versiyanın həqiqətə
nə dərəcədə uyğun olması hələ də sirr olaraq qalır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!