Mənə hər şeyi anam öyrətdi

Mənə hər şeyi anam öyrətdi
Maraqlı məlumatlar
10.09.2017 27
Anam mənə mümkünsüzü mümkün etməyi öyrətdi: "Ağzını yum və şorbanı (supunu) iç."



Anam digər insanların əməyinə hörmət etməyi öyrətdi: "Bir-birinizi öldürmək niyyətiniz varsa, çıxın çölə, evi indi təmizləmişəm." Anam mənə



Allaha inanmağı öyrətdi: "Dua et ki, bu ləkə təmizlənsin."



Anam mənə məntiqi düşünməyi öyrətdi: "Ona görə ki, mən belə ... dedim."



Anam mənə nəticələr haqda düşünməyi öyrətdi: "Bax indi pəncərədən yıxılacaqsan, səni özümlə mağazaya aparmayacam."



Anam mənə hər bir işi axıra kimi etməyi öyrətdi: "Yeyib qurtarmayana kimi stuldan qalxmayacaqsan."



Anam mənə nəticənin səbəbini izah etdi: "Əgər sən ağlamağı kəsməsən, döyüləcəksən."



Anam mənə paxıllıq etməyi deyil, şükür etməyi öyrətdi: "Dünyada bir çox uşaqlar ANA qayğısına möhtacdırlar."



Anam mənə - necə böyümək olar? – öyrətdi: "Sən tərəvəz yeməsən, heç vaxt böyüməyəcəksən."



Anam mənə gələcəyə cəsarətlə baxmağı öyrətdi:  "Dayan, mən sənlə evdə danışacam hələ."



Anam mənə özünü müalicə etmənin əsasını öyrətdi: "Əgər sən gözlərini çəpləşdirməyi tərgidməsən, gözlərin elə qalacaq."



Anam mənə extrasensliyi öyrətdi: "Sviterini geyin, mən bilirəm axı sənə soyuqdu. "скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!