Dünyadakı salamlaşmaq adətləri

Dünyadakı salamlaşmaq adətləri
Maraqlı məlumatlar
10.09.2017 32
Salamlaşmaq adət və mərasimləri ölkədən- ölkəyə fərqlidir və bu naməlum adətlər bəzən çaşdırıcı ola bilər. Görüşəndə qadınla kişi, qadınla qadın, kişi ilə kişi arasında müxtəlif salamlaşmaq jestlərindən istifadə olunarsa vəziyyət daha da gərginləşir. Səyahət edən insanlar, xüsusi ilə əgər adətlərdən xəbərsizdirlərsə, mütləq məlumat almalıdırlar ki, görüşəndə və ya salamlaşanda digərini incitməsinlər.



ABŞ-da kişilərin əl ilə görüşməsi normal haldır, ancaq görüşəndə bir- birini öpmələri qeyri-adi haldır. Bu ölkəyə gedirsinizsə, əllə görüşmək, gülümsəmə və sadəcə salam demək kifayə edir.



Britaniyalılar adətən görüşəndə sadəcə salam deyirlər. İlk dəfə görüşəndə onlar əllə görüşürlər. İctimai mühitdə öpüşmək adətən yanaqdan öpmək şəklində olur. Bir- birini yaxşı tanıyan kişi və qadın, həmçinin iki qadın arasında qeyri-rəsmi vəziyyət adi sayılır.



Fransızlar, uşaqlar da daxil olmaqla salamlaşanda və vidalaşanda öz dostları ilə əl ilə görüşürlər və bir-birinin hər iki yanağından öpürlər.



Yaponiyada qucaqlaşmaq, əl ilə görüşməyin əksinə olaraq, ümumi salamlaşma şəkili bir-birinə baş əyməkdir.



Ərəb ölkələrində yaxın kişi dostlar və iş yoldaşları bir-birini qucaqlayıb, hər iki yanağından öpməklə salamlaşırlar. Yalnız sağ əli yüngülcə sıxaraq görüşürlər. Cəmiyyət içərisində əks cinsdən biri ilə əlaqə ədəbsizlik hesab olunur. Əgər hər hansı ərəb ölkəsinə səyahət edəcəksinizsə, əks cinsdən birinə salamlaşmaq üçün əl uzatmayın.



Macarlar səmimi şəkildə bir-birinin yanağından öpərək görüşürlər. İlk əvvəlcə sağ, sonra sol yanaq öpülür. Kişilər ilk dəfə görüşdükdə, salamlaşma qaydası kimi əks tərəfin əlini möhkəm sıxaraq salamlaşırlar.



Belçikada insanlar cinsindən və yaxınlıq dərəcəsindən asılı olmayaraq, bir yanaqdan öpərək salamlaşırlar.



Çinlilər qədim ənənələrinə riayət edirlər. Kiminləsə ilk dəfə görüşdükdə başlarını tərpədib gülümsəyir və ya rəsmi şəkildə əl ilə görüşürlər.



Rusiyada adi görüş şəkili əli bərk sıxmaqdır. Görüşərkən əsas məsələ birbaşa gözlərə baxmaqdır. Kişilər qadınlarla görüşərkən qadını 3 dəfə yanağından, hətta əlindən öpmək cəsur tələb edən hərəkətdir.



Ermənistanda adətə görə, xüsusilə ucqar ərazilərdə görüşmək üçün qadın kişinin ona əl uzatmasını gözləməlidir. Yaxşı dostlar və ailə üzvləri bir-birinin yanaqlarından öğürlər. Yüngül şəkildə qucaqlamaq da olar.



Siyahını genişləndirə də bilərik, ancaq biz qısa şəkildə sizlərə dünya xalqlarındakı salamlaşma qaydaları haqqında məlumat verdik. Həmçinin jestlər də hər ölkədə fərqli mənada işlədilə bilər. Buna görə xarici ölkəyə səyahət etməzdən əvvəl jestlərin mənlarını da öyrənməlisiniz, əks halda çətin vəziyyətdə qala biləsiniz. Məsələn: çox ölkədə bütün qolunu bir tərəfdən digər təfərə yellətmək "salam”, " sağ ol” mənasını ifadə etdiyi halda, şərqi Asiya ölkələrində bu tamamilə nümayişkaranə bir hərəkətdir. Əlavə olaraq, bəzi Avropa ölkələrində, Yaponiya, Latın Amerikasında bu "xeyir”, ümumiyyətlə inkar cavab sayıla bilər. Hindistanda isə bu "bura gəl” deməkdir.



Şəhadət barmağından başlayaraq kiçik barmağa qədər saymaq Almaniya və Avstraliyada insanları bir az çaşdıra bilər. Çünki, bu ölkələrdə şəhadət barmağını qaldırmaq, içki sifariş edərkən bir əvəzinə ikisin istəmək deməkdir. Yaponiyada isə baş barmağını qaldırmaq 5 mənasını verir.



Şəhadət barmağını bükmək və ya 4 barmağını kiməsə tərəf uzatmaq onu yaxına gəlməsini istədiyinizi bildirir. Cənubi Avropada isə bu "sağ ol” deməkdir. Filippin və şərqi Asiyada şəhadət barmğını bükmək təkcə itləri işarə ilə çağırmaq üçün istifadə edilir.



Avropada birbaşa kiməsə və nəyəsə şəhadət barmağı ilə işarə etmə nəzakətsizlikdir. Çin, Yaponiya, Latın Amerikası və İndoneziyada bunun çox kobud mənası var. Çox Afrika ölkəsində şəhadət barmağı sadəcə cansız əşyaları göstərmək üçün işlədilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!