Şirin nəğmə qədər sevimlisən sən

Şirin nəğmə qədər sevimlisən sən
Maraqlı məlumatlar
10.09.2017 65
Bakı — Azərbaycan Respublikasının paytaxtı- Baş şəhəridir. O, Qafqaz bölgəsində ən böyük ticarət, mədəniyyət və elm mərkəzidir. Şəhərimiz həm də Xəzər dənizində ən böyük limandır.

Şəhərin ərazi dairəsinin sahəsi – 2 130 km²-dir . Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir.

1918-ci ildən respublika tabeli şəhərdir. Şəhər 12 inzibati rayona və 48 kənd, qəsəbəyə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər. 2015-ci ilin yanvarında isə Bakı şəhəri ABŞ-ın "New-York Times" qəzetinin dünyanın ən gəzməli şəhərləri siyahısında 51-ci yeri tutmuşdur.

Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir.

Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 kilometr, ekvatora qədər olan məsafə isə 4440 kilometrdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!