Hər keçən saniyə ömrümüzdən gedir

Hər keçən saniyə ömrümüzdən gedir
Maraqlı məlumatlar
10.09.2017 47
– Hər keçən saniyə Allaha bir az da yaxınlaşırıq, pis və yaxşı əməllərimiz ilə.



– Hər keçən saniyə gözümüz yoldadı. Gözlər kiminsə yolunu gözləyir.



– Hər keçən saniyə bir fəlakət olur. Xeyrimizə və ya kiminsə xətası üzündən. Yaxınlar itirilir, gözlər yaşla dolur.



– Hər keçən saniyə qəlbimizə bir hiss daxil olur. Deyir vur onu, oğurla, ağlat, at kiməsə. Birdən ALLAH sənə yox deyir. Dəyərmi kimin üçünsə cəhənnəmdə yanmağa? Dəyərmi 3 kəlmə söz ilə yaranan qeybətə.



– Hər keçən saniyə bir ibrət dərsi verir. Kiməsə dərs olur.



– Hər keçən saniyə bir ömür bitir. Göz yaşları ilə son mənzilə yola salınır. Hər kəs ağlayır, kimi qəlbində, kimi gözü ilə. Kimisi gülür içindən, layiq idi ölüm ona deyir.

 

– Hər keçən saniyə dəqiqə-saat-sutqa olur - gecə düşür. Hər gecə özünlə tək başına qalırsan. Özünlə müzakirə başlayır. Hansı hərəkətin düz idi, və ya səhv ola-ola düz göstərməyə çalışdın. Həyatının hər saniyəsini kim üçün yaşadın.

Nəfsin mənəm-mənəm deyə car çəkər 2 yol arasında qaldığında. Can verən gördüyündə qaç get kim gördü – deyər içindəki səs.

 

– Hər keçən saniyə sevinirik, gülürük. Hey danışırıq yorulmadan, saysız-hesabsız kəlmələr tükənir sənə verilən ömür yolunda. İnsan xəbərsizdi qiyamətdə ona ediləcək şeylərdən. Hər saniyənin hesabı ağır olar, sevinç içində günah işləyən adam üçün. Hər sözün, hər kəlmənin hesabı sorular günah etməkdən əl çəkməyən aciz bəndədən.

 

– Hər keçən saniyə düşünər insan. Edim ya yox? Əgər bu işi görsəm açılar cəhənnəm qapıları sonuna qədər. Etməsəm, ruhum ucalar ölüm anında göyün 7 qapısından ALLAH-ın ərşinə.



– Hər keçən saniyə insan təriflər özünü. Haqlı və ya haqsız yerə. Kimisi tərifə layiq olmayıb, oturar məclislərin başında. Hər kəlməsi yalan, hər sözü böhtan danışar yorulmadan.



– Hər keçən saniyə gözlər baxar səmaya. Mömin deyər: Bu göyləri dirəksiz yaradan ALLAH-a həmd olsun. Bu vaxt kafir əyilib-qalxar bütlərinin qarşısında, hər şeydən xəbərsiz elə bütlər kimi.



– Hər keçən saniyə dəqiqə-saat-sutqa olar. Gündüz açılar. Dil səslənər ALLAH-a. Şükür bu səhəri də açdıq. Onun üçünmü açdın bu səhəri ata ana sənin üçün canını verər ki, bir xoş söz eşitsin. İşş, off sözləri yığar onu boğaza.

Bir də özünü ölmüş görər. Baxar, soyuq, cansız bədəni indi yuyulur. Sonra kəfənə bürünüb qəbirə endirilir. İnsan onda tanıyar dostunu. Əsl dost-düşmənini. Baxar yas məclisinə. Bəziləri ziyafətmiş kimi elə yeməyindədi. Axırıdı yolun. Artıq sorğu-sual başlamalıdı. Səni qəbirə qoyub gedər bütün insanlar, öz xöşbəxt yurd-yuvalarına. Onlar üçünmü günah edirdin? Onlar üçünmüydü bu həyat?

Sorğu sualı çətin olar günahkar kafirin. Asan olar şəhidin, şəhid qədər savabı olan bəndənin.



– Hər keçən saniyə arxanca danışılar. Ətini yeyər qohum-qardaş. Gələndə üzünə gülər, ətrafındakı ikiüzlü dostların. Halallıq almaq çətin gələr, mənə haqqını halal elə deyən zaman – neynəmisən? deyən bəndənin sözü. Üzün qızarar, günahlardan dolayı üzdə su qalmışsa əgər.

 



– Hər keçən saniyə bəndə səslənər ALLAH-a. Çağırar Tanrısını. Niyə məni belə yaratdın deyər? Qur´an-da adımız keçər Lut surəsində. ALLAH susar, danışmaz heç bir bəndəsiylə.

 



– Hər keçən saniyə bəndəsi şükür edər Tanrıya. Xöşbəxt həyat üçün. Tanrı sevinmə deyər bu həyata. Aldanma bər-bəzəyinə. Yarı yolda qoyar səni güvəndiyin malın, dostların, oğul-uşaqların.



– Hər keçən saniyə bir imtahan gözləyər bizi qarşıda. ALLAH buyurar: – Ayırd etməli idin, sənə verdiyim ağılla doğrunu-yanlışdan.



– Hər keçən saniyə ALLAH bağışlayar deyib günah edər insan. Şeytan soxular hər tərəfdən. ALLAH yoxdu. Varsa sübut olunsun deyər. Mömin lənət oxuyar bu anda şeytana, ateistinin, bütpərəstinin əlinə əsas verər Adəm əleyhissəllamın qarşısında təkəbbür göstərən şeytan.



– Hər keçən saniyə alçaldarlar insanı. Əzmək istər ondan böyüklər onu. Ağlar insan, boşaldar içini gözündən düşən hər damla yaşla.



– Hər keçən saniyə bir ömür bitər, tükənər. Saçlar ağarar bu imtahan dünyasında. Kimisi utanar ağarmış saçlarından, kimisi sayılar, hörmət görər ağbirçəkliyi ilə.



– Hər keçən saniyə bir uşaq dünyaya gələr. Halal və ya haram sevgidən. Haramdırsa onun ilk bünövrəsi, həyatı çətin olar hər şeydən xəbərsiz körpənin. Böyüyüb soruşar atam anam hanı deyə. Anası kef edər barlarda, kiminsə çirkli yatağında. Anası bilməz əməlinin cəzasını. Hey içər, çəkər həyatın səfasını.

 

– Hər keçən saniyə döyülər qadın. Əzilər acizliyindən. Əzilər gücü çatmayan ərinin qarşısında. Gözü yaşlı qalar qadın. Əri geyinər, sevinə-sevinə qaçar haram sevgilisinin yanına. Əşşi oturub da evdə, nə xəbəri varki deyər əclaf kişi. Uşağı atam var deyər. Atası vurar qədəhləri küçə qadınları ilə.

 

– Hər keçən saniyə bir ev yıxılar. Ayrılar ərlə arvad. ALLAH-ın ərşi lərzəyə gələr 2 şəxs boşananda.

 

– Hər keçən saniyə boşa axar. Gedər sənə verilən bir ömür. Gözünü açar körpə, çatar yetkinlik yaşına. Qılaram gələcəkdə namazımı deyər. Yaş çatar 40-a, oğlum-uşağım vaxtım yoxdu deyə səslənər ALLAH-a keçərsiz bəhanələri ilə. Qiyamətdə soruşular ilk insandan namazın varmı deyə. Hər saniyənin qədrini bilməli idin deyilər insana.

 

– Hər keçən saniyə insan qayıtmaq istər ötən illərə. Etdiyi səhvləri düzəltmək üçün.



– Hər keçən saniyə insana bir xəta üz verər. Oturar ağlayar, boş-boşuna səslənər durmadan, danışar-danışar, lənət oxuyar ona toxunan bəlaya. Hirslənər insan.

İllər keçər mükəmməlləşər insan. Bir xəta üz verər ona. Bu anda söyləyər öz-özünə. Görəsən bu gün nə yanlış etdim, nə günah işlədim ki, başıma gəldi bu müsibət.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!