Bəzilərimiz həyata 1-0 məğlub başlayır...

Bəzilərimiz həyata 1-0 məğlub başlayır...
Maraqlı məlumatlar
10.09.2017 21
Yox fikirləşdiyiniz kimi futbol qarşılaşmasından danışmayacam, yada voleybol. Qısaca bu heç bir müsabiqənin nəticəsi deyil. Həyatla aramızdaki besabdır bəhs etmək istədiyim.

 

Bəzilərimiz həyata 1-0 məğlub başlayır,bəzilərimiz isə doğuşdan qalib. Bəzilərimizə qızıl padnosda sunulur həyat,

bəzilərimizin önünə atılır etinasızcasına. Bəzilərinin keçdiyi yollar-daşsız kəsəksizdi həmişə qırmızı xalı sərilmişcəsinə.

 

Bəzilərinin həyatı saysız manelərlə doludur əngəlli maratondaymızcasına.



Bəzilərinin yolu həmişə eniş aşağıdır heç zorlanmaz. Bəzilərininki eniş yuxarı hər addımı yorar əldən salar insanı.



Bəzilərinin qarşısına mələklər çıxar insan cildində, cənnətdə yaşarmışcasına.



Bəzilərinin qarşısına həmişə qurdalar, çaqqallar çıxar insan cildində ormanda yürürmüşcəsinə.



Bəzilərimizin sevgi dolu ailələrdə böyüyər, dünyadakı bütün sevgilər cömərtcəsinə yalnız ona verilmişcəsinə.



Bəzilərimiz soyuq uşaq evlərində küçə tinlərində, sevgisiz böyüyər bir qaranliq gecədə dünyadakı bütün sevgilər oğurlanmış kimi. Bəzilərinə mirasdır vəzifə,nailiyyət alnına yazılmışcasına.



Bəzilərinə əsla nəsib olmaz, hər nə qədər buna layiq olsada, lənətlənmişcəsinə. Bəzilərinin bəxti həmişə gətirər məşhur qumarbaz hər oyunu hiyləylə qazanır kimi. Bəziləri heç nəyə nail ola bilməz, uğursuzluğa məhkumuşcasına.



Adil görsənmir elə deyilmi?Amma belədi həyat..Verəndə əkshik verir, alanda tam istəyir...

O uşaq evində böyüyür, sən sevgi dolu ailəndə. Ömür boyu qanadları altında olacağın ailən var, onu 18 yaşında küçələrə buraxırlar .Sabah cəmiyyət ikinizdəndə eyni nailiyyətləri gözləyir.

Bəziləri sırf qadın doğulub deyə bir çox hüququ əlindən alınır.Seçmək,oxumaq...Bəzilərimiz sırf oğlan doğulub deyə həmişə üstün tutulur dünyada. Sabah cəmiyyət az verdiyindən çox tələb edər, çox verdiyindən az.

Bəzilərimiz hər cür imkanlı məktəblərdə oxuyur,sabahkı imtana bu gündən hazırmışcasına.Bəzilərimiz ucqar dağ başında,çatısız məktəblərdə oxuyar. Sonra ikisidə eyni 3saatlıq imathana salıb, eyni uğuru gözləyərik,sanki belə olmalıymışcasına.



Bəzilərinin heç bir şansı olmaz namuslu qalmaq üçün.Nə bir qoruyanı,nə bir arxası olar.Özüdə bir yerdən sonra buraxar mücadələni. Etiketini hazırlayarıq həmən fahişə.



Bəziləri sırf ən güclü, şöhrətli pullu olmaq üçün namusunu satar və istədiyinə çatar.Cəmiyyyət etikietini hazırlayar həmən Xanım.



Amma bəzən o 1-0 məğlub başlayanlardan elə qəhrəmanlar çıxarki...Heyrət edərsən.Həyat hər silləylə onu yıxanda birdə qalxar, heç bir zorluqda döyüş meydanından qaçmaz. Heç bir palçıq kirlədə bilməz onu. Bu həyatda əsil qəhrəman onlardı. 1-0 məğlub başlayanlar ya qəhrəman olmalıdı yada heç nə, onların sənin mənim kimi sadəcə insan olmaq şansları yoxdur çox zaman...

Öz rahat taxtında oturub hamını mühakimə edərkən bir dur, bir düşün!!!Öz olduğun yerdən yüksəkdən baxıb mühakimə etmə!!! Bəlkə mühakimə etdiyinin-onun heç bir günahı yoxdu,bəlkə oda 1-0 məğlub başlayanlardır,bəlkədə onada yaxşı biri olmaq üçün heç bir şans verilməyib...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!