Mən sevgimi belə payladım

Mən sevgimi belə payladım
Maraqlı məlumatlar
10.09.2017 14
Qardaşımgildə divanda oturub meyvə yeyirdim,yenə qardaşım oğlu öz suallarına qərq etmişdi məni.Bəlkə də ona görə dünyada bütün sualların cavabları məndədir deyə bir düşüncə vardı.Hər şeyi bacı bilir deyə.Bu dəfə mənə belə bir sual verdi:



-Bacıı,sən allahı sevirsən?

Dedim,hə.



-Bacı,sən Vətəni sevirsən?

Dedim,hə.



-Bacı,sən ananı sevirsən?

Dedim,hə.



-Bacı,sən yoldaşını sevirsən?

Dedim,hə.



-Bacı,sən uşaqlarını sevəcəksən?

Dedim,hə.



-Bütün bunları necə sevirsən,-dedi.

Hz.Əlinin həyatını oxuyarkən rast gəlmişdim belə bir suala.Bəlkə də o da burdan oxumuşdu,amma suala da o tipdə cavab verməyi düşündüm.



-Allahı ruhumla sevirəm,- dedim.

Bu vücud mənə əmanətdir.Bu dünya üçün,yeni həyatı seçmək üçün dedim.Ruhumsa əbədiyyən allaha məxsusdur dedim.Ona görə Allahı ruhumla sevirəm dedim.



-Bəs ananı?

-Anamı ağlımla sevirəm.Anlayıram ki,məni onun qədər kimsə sevə bilməz,kimsənin onun qədər üzərimdə əziyyəti ola bilməz.Anlayıram ki,mən ona ömrüm boyu borcluyam.Ona görə də onu hər yanı ilə əvəzolunmaz olduğunu anlayaraq aglımla sevirəm.



-Bəs həyat yoldaşını???

-Onu ürəyimlə sevirəm.Qoy ürəyim hər guppultusunda onu mənə xatırlatsın.Onun mənimlə olduğunu mənə desin.içimdə dolaşan qanım onun həyatımın hər yerində mənimlə olduğunu xatırlatsın.



-Bəs uşaqlarını??

-Uşaqlarımı nəfsimlə sevəcəyəm.Nəfsimə hakim olacağam.Lazım gəlsə boğazımdan kəsəcəyəm,qürurumdan keçəcəyəm,onlar üçün yaşayıb onlar üçün əziyyət çəkəcəyəm.Nə harama əl uzatmayacağam ki,uşaqlarım haram yeməsin.Nə də harama baxmayacağam ki,uşaqlarım xəyanətsiz böyüsün.Bir sözlə nəfsimlə sevəcəyəm onları.



-Bacı,bəs Vətəni necə sevirsən?

-Vətəni vicdanımla sevirəm.Dünyanın harasında oluramsa olum bütün dünya möcüzələrini də görsəm,ən gözəl yerlərdə də olsam hər zaman deyəcəyəm ki,ən gözəl yer mənim Vətənimdir.Çünki vicdanım hər zaman fəxr edəcək ki,o bu qürurlu ölkənin vətəndaşıdır.Vicdanı olan hər kəs Vətənini sevəcək!



Qardaşım oğlunu bilmirəm,o balacadır bəlkə də anlamadı, amma ümid edirəm siz anladınız...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!