Ey ölüm! həyəcanla gözləyirəm səni!

Ey ölüm! həyəcanla gözləyirəm səni!
Maraqlı məlumatlar
10.09.2017 13
[/center]
[center]

Var olmağımızın ən həyəcanlı, ən mənalı anı ölümdü.
Ucsuz-bucaqsız bir macəraya yelkən açmaqdı ölüm.
Bu macəralarla dolu dünyamız da mənasını itirir bəzən.
Ölümü sevirəm...
Gözləyirəm…

Ölümlərimiz həyatlarımızı işıqlandırar...
Mənalandırar...

Bir yaxınımızın ölümü içimizdə bir səfər duyğusu oyandırar.
O səfərə atılmaq üçün ümidlə baxarıq üfüqlərə.
Sıranın əlbət bizə də gələcəyini heç unutmadan!



Ölümlərimiz mənadan məhrumsa əgər, həyatlarımız da məhrum deməkdir.
Həyatın əsl macərası ölümlə başlayar!
Sonsuz və sərhədsiz bir aləmə keçişimizlə...

Hər birimiz həyat boyu axtardığımız ölümü yaşayarıq, naməlum bir anda...
Özümüz üçün həyat boyu hazırladığımız ölümü taparıq birdən birə...



Müasir həyat ölümü inkar edə bilməsə də, yoxmuş kimi yaşayır.
Halbuki həyatla ölüm, ölümlə həyat nə qədər də iç-içədi əslində.
Hansı sərvətə, hansı mövqeyə gizlənsək boş.
Sonunda o qaçıb dayandığımız ölüm gəlib bizi də tapacaq...

Elə isə heç qaça bilməyəcəyimiz və bir gün mütləq bizi gəlib tapacaq bir şeydən qaçmağa çalışmağımız niyə?
Niyə həyat boyu o yoxmuş kimi yaşayırıq?



Ölümə baxmaq, ölümlə olmaq, ölümü bir dost, bir yoldaş etmək.
Bizi heç yaşamadığımız macəralara aparacaq bir gəmi görmək.
Ölümü sevmək!
O bizi tapmadan, biz ona sevgili olarıqmı?
Ən əhəmiyyətli varlığımızı əmanət edəcəyimiz ölümə yad dayanmaq əbəs..




Ölümlə hər kəs bu həyatın bir yuxu olduğunu anlayacaq və oyanacaq.
Vüsala çatmaqdır ölüm, ruhun sevdiyinə qovuşmasıdır.
Dünyanın yalanlarından, aldatmalarından, ağırlıqlarından sıyrılıb getməkdir...



Həyatımızın axıb ölümə, oradan da ölümsüz həyata qovuşmasından daha həyəcanlı bir sirri vardırmı?
Gözəl ölüm, dost ölüm, həyat ölüm!
Sevdiklərimizdən ayrılma qayğısı da olmasa, səni hər gün çağırıb dayanacağam dözülməz bir maraqla...

Ey ölüm! həyəcanla gözləyirəm səni



[center][/center]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!