Nur şəhəri Mingəçevir

Nur şəhəri Mingəçevir
Maraqlı məlumatlar
10.09.2017 45
"Mingəçevir" toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Romasərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləmişlər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə "Manqaça vur" sözləri ilə əmr etmişdir. "Mingəçevir" toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının da müəyyən təsiri olmamış deyil. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur və atası onu yadigar qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edir. Ehtimal var ki, "Mingəçevir" sözü Məniçöhrün adı ilə bağlıdır.



Mərhum akademik Ziya Bünyadov "Mingəçevir" adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.



Ehtimallardan biri də toponimin "Min,gəl,çevril" olmasıdır. Şəhər gözəl olsa da, burada yaşamaq qorxulu idi. Gur və sərt axan Kür çayı tez-tez məcrasından çıxaraq böyük tələfatlar törədirdi. (Qayığa min gəl, amma burada yaşama, çevril get). Professor T.Hacıyev Azərbaycanın qədim dövləti Midiyanın Mannanın xarabalıqları üzərində, məhz onun əsasında yarandığını qeyd edir. T.Hacıyevin fikrincə albanların "mik" tayfası qədim mak (manq-manna) tayfa birliyinin davamıdır. "Mik" sözü "mak" sözünün fonetik variantıdır və bu sözün əsli ehtimal ki, "minq" şəklində olmuşdur. Ona görə də T.Hacıyev "manna" sözünün mənbələrdə göstərilən "minni" variantını "mingi" (minqe) şəklində görməyi doğru sayır və "Mingəçevir" adının "minki" və "savir" tayfa adlarının birləşməsindən yarandığını bildirir. Minkisavir " Minkicavir " Mingəçevir. Savirlər tarixən Qafqazda yaşamış və Azərbaycan xalqının soykökündə iştirak etmiş qədim türk tayfasıdır. Tanınmış alim Əjdər Fərzəli Qorqud "bu yerlərin qədim yaşayış məskəni Sevit torpağı " Mingəsi adını daşıdığını bildirir. Mingə qədim türk qəbiləsinin adı olub"



Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km məsafədə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunlugu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 km², orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5-7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir.

Mingəçevirdə bulaq



Mingəçevir şəhərinin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 2-3 dərəcə, iyul ayında 27-30 dərəcədir. İllik yağıntı 300-310 mm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!