Bir anadan qızına...

Bir anadan qızına...
Maraqlı məlumatlar
10.09.2017 10
Canım,qızım...

Yaşlandığımı gördüyün gün səndən səbrli olmağını istəyirəm,ən əsası nələr yaşanacaqsa yaşansın mənə qarşı səmimi olamağını arzu edirəm.

Səninlə gəzməyə çıxdığımızda dəfələrlə eyni şeyi deyirəmsə, mənə "Ana, 5 dəqiqə əvvəl eyni şeyi demişdin "demə... Sadəcə məni dinlə...

Kiçik uşaq olduğun zaman sənə eyni hekayəni dəfələrlə oxumağımı istədiyin günləri yadına sal... Hamama getmək istəmədiyimdə əsəbləşmə və məni sözlərinlə utandırma. Xatırla, sən kiçik uşaq olduğun zaman duş qəbul etmək istəmədiyin üçün məndən necə qaçardın və mən, min bir bəhanə ilə səni duşa salmağa çalışırdım... Yeni texnologiyalar və inkişaflar mövzusunda necə cahil qaldığımı gördüyündə, mənə gülmə, biraz zaman ver, yeni şeylərə alışmaq üçün...

Məni dəstəklə... xatırla, qızım, sən kiçik ikən necə da səndən gözlənilən bir çox şey vardı...

Paltarlarını geyinmək, doğru yemək yemək, saçlarını özün toplamaq kimi...

Mənə hirslənmə... Sadəcə sakit ol... Yaşlı və yorğun qıçlarım artıq sürətli hərəkət edə bilməyəndə, əlimdən tut eynilə ilk gəzməyə başladığın gün mənim sənə əlimi uzattığım kimi ... O günlər gəldiyində kədərli olma, kədərlənmə... Yalnız mənimlə ol və yaşlılıq deyilən bu yola girdiyimdə, həyatımın sonlarına doğru mənə tək lazım olan sənin sevgindir, unutma və mən birlikdə paylaşdığımız bu sevgi dolu zamanlar üçün hər zaman sənə minnətdar olacağam...

Böyük bir təbəssüm və böyük bir qucaqlama ilə sənə söyləmək istədiyim tək şey səni nə qədər çox sevdiyimdi, qızım...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!