Bunları bilmək maraqlıdır

Bunları bilmək maraqlıdır
Maraqlı məlumatlar
10.09.2017 14
Diametri 2 m olan nəhəng su zanbağı - «Viktoriya Amazonka» balaca bir uşağı üstündə saxlaya bilir.



Əncir ağacının çiçəyi meyvəsinin içində olur.



Bütün ömrünü evkalipt ağacında keçirən koala ölümünün yaxınlaşdığını hiss edəndə ağacdan torpağa enir.



İlk teatr qədim Yunanıstanda yaranıb. O vaxtlar faciəvi rol oynayan aktyorlar kədərli, komik rol oynayan aktyorlar isə şən maska taxırdılar. Teatr rəmzi olan maskalar belə yaranıb.



Göy qurşağı yerdən yarımdairə, təyyarədən isə dairə şəklində görünür.



Dünyada işıqdan sürətli heç nə yoxdur. Onun surəti saniyədə 300000 km-dir.



 Hava olmadığına görə Ayda səs yayılmır.



Enerji yunancadan tərcümədə iş, fəaliyyət deməkdir.



İmperator pinqvinləri suda 265 m dərinliyə baş vura bilirlər.



İran xalqına məxsus Çehil Tulti kitabı «1001 gecə» nağılları əsasında qələmə alınmış və 40 nağıl daxil edilmiş.



Cins parçadan ilk dəfə gəmi yelkəni hazırlanıb.



Malta ölkəsində həftə günlərinin adları ərəb, ayların adları isə İtaliya dillərindən alınma sözlərlə ifadə olunur.



Dünyada ən böyük arxipelaq İndoneziyadır.



İlk məktəb zəngini şüşədən Pifaqor hazırlamışdır.



Mədəni» sözü Mədinə sözündən götürülərək «şəhərli» deməkdir.



Kalka kağızının hazırlanmasında yarımfabrikat kimi batist parçasından istifadə edilir.



Kirpi ilin 236 gününü yatır.



Qərənfili və qızılgülü eyni güldana qoyduqda ətirləri itir.



Fotoaparat yeni yarandığı vaxtda şəkil çəkdirənlər onun qarşısında 20 dəq. dayanmalı olurdular.



Yunan və gürcü əlifbasında böyük hərf yoxdur.



İlk üstüörtülü hovuz 1742-ci ildə Londonda inşa edilib.



Fildə 35, itdə 39, quşlarda 42 rəqəmi bədən temperaturudur.



lk eskalator 1911-ci ildə Londonda açılmışdır.



Görkəmli səyyah Tur Heyerdal səfərə çıxanda aclığını yatırmaq üçün özü ilə həmişə qoz götürürmüş.



Ayay adlı meymun cinsinin boyu 40, quyruğu 60 sm olur, həşəratlarla qidalanır.



Hindistanda matəm və hüzn rəngi ağ rəngdir.



Çin otellərində xidmətçilərə «çay pulu» vermək təhqir sayılır.



Azərbaycanın işğal faktını ilk dəfə ədəbiyyata «Gülzar» hekayəsilə Cəfər Cabbarlı gətirmişdir.



Keçmişdə arpa (1 karat) ən kiçik çəki vahidi hesab olunurdu.



Karfogen sərkərdəsi Hannibalın evini mühasirəyə alan romalıların əlinə keçməsin deyə o, özünü zəhərləyərək öldürüb.



Hindistanda bitən Kennel ağacının meyvəsini yeyən insanlar fialka ətri saçır.



Aptek yunan dilində anbar deməkdirскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!