Laçınım...

Laçınım...
Maraqlı məlumatlar
10.09.2017 12
Ölkə:Azərbaycan.

Bölgə:Laçın rayonu.

Ərazi:1321 km*(2)

Əhali:11519nəfər(2007)

Nəqliyyat kodu:41.

Telefon kodu:+99426.

Poçt indeksi:AZ 4100

 

Bəli,bu gün Laçın rayonunun ermənistan silahlı qüvvələri tərəfindən işğalından 23 il ötür.1992-ci il mayın 18-i ermənilər Laçını ələ keçirməklə Dağlıq Qarabağı "de fakto"ermənistana birləşdirdilər.Nəticədə 1835 kvadrat km ərazisi olan Laçın,23 ildir mənfur düşmənin murdar tapdağı altındadır.60 min Laçınlı isə didərgindir.Bakı şəhəri ilə Laçının şose yolla ara məsafəsi 450 km-dir.İşğal nəticəsində 264 nəfər şəhid olmuş,65 nefer girov götürülmüş,103 nəfər əlil olmuşdur.İşğalın vurduğu mənəvi ziyanın ağrısını hələ də yaşayırıq.Maddi ziyan isə 7.1 milyard ABŞ dollarıdır.  

Vətən,Yurd adlı dərdi çiyinlərimizdə daşıdıqca,zaman-zaman öz çəkisini artırır.Yaşlı nəsil bu yükə tab gətirməyib dünyasını dəyişərək sıralarımızı seyrəkləşdirdi.Bu gün doğulan laçınlılarsa onlar heç cür əvəz edə bilməz.Bizimsə belimiz bükülüb,dizimiz taqətdən düşüb.Deyəsən Vətən,Yurd,Ana torpaq deyərək uzun bir yolun yolçusuyuq.Qoy bu haqq yolunda Allah yardımçımız olsun.Tezliklə Doğma Yurdda qələbə sevincini paylaşaq.Əsas odur ki,ümidimizi heç bir zaman itirməyək!

Laçın əvvəllər Abdallar adlanıb.1923-cü ildə şəhər statusu alıb və 1926-cı ildən Laçın adlandırılıb.Laçın rayonunda 1avtovağzal,82 avtobus dayanacağı,92 körpü,33 su anbarı,14 hamam,8 yanacaq doldurma stansiyası,və s.mövcud olub.Laçınımdan nə qədər yazsam,nə qədər söyləsəm azdır ki,azdır.Mən inanıram ki,bir gün torpaqlarımıza geri qayıdacağıq.      

UNUTMA!

 

P.S.Bu xəbəri hazırlamağı,bu gün özümə borc bildim.Həmdərdlilərimizə Allah səbr versin...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!