Mən həmişə yalnız olmuşam bilirsən? [ Yenilendi ]

Mən həmişə yalnız olmuşam bilirsən?   [ Yenilendi ]
Maraqlı məlumatlar
10.09.2017 74
 
Mən həmişə yalnız olmuşam bilirsən?





Mən səninlə olduğum anlarda da yalnız idim.

O qədər çətin idi ki, bu yükü daşımaq.

Düşünsənə həm sənin həm də öz yükümü daşıyırdım.

Sevgim artqıca bu yük dahada artırdı.

Bu qədər ağırlığın altına girdim mən, amma yenə də üsyan etmədim

Dözdüm, çünki bunu istəyərək etdim!




Mən həmişə yalnız olmuşam bilirsən?

 



 

amma mən səninləykən sənsizliyə boynumu əydim.

Ümidimə ümidsizlik qatdın, amma mən yenə də güldüm.

Çox ağrıdı içim.Acılar dostum olduqca mən daha da qəbul etdim bu həyatı.

Sənin olduğun bu tikanlı keçilməz yol mənim üçün güllərlə dolu bir bağça oldu.


Mən həmişə yalnız olmuşam bilirsən?


 






Hər günüm səninlə keçsədə mən səndən uzaq olmuşam.

Sanki mən sənin deyildim, sən mənim idin.

Yağan hər damla yağışda görürdüm səni.

Pəncərəmi takkıldadırdın hər gecə...

Mən qalxardım yuxudan dəlicə, sənsə yatardın evində mışıl-mışıl

 

Mən həmişə yalnız olmuşam bilirsən?

 






Qışın oğlan çağında mən çiçəklənən baharı yaşadım.

Sən dəli küləyi əsdirərkən mənsə bu cür yazılarımla ümidsiz biri olduğumu bilə-bilə dözdüm.

Oynadım bu oyunu sona qədər.

Mən bu oyunu doya-doya sevə-sevə oynadım.

 




Mən həmişə yalnız olmuşam bilirsən?

 




Biz bir tamaşanı oynadıq,amma bütün rolları mən oynadım.

Alqışları isə sən topladın.Bütün alqışlar sənə gəldi.

Mən bunu da qəbul etdim.Sənin olduğun oyun belə gözəldir.

Budur pərdə endi, alqışlar yenə sənə gəldi.








Oyunun adı: Mən həmişə yalnız olmuşam bilirsən?




Sizdəmi yalnızsınız?

 
 Tural Isayev

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!