İnternetdə başlayan sevgi

İnternetdə başlayan sevgi
Maraqlı məlumatlar
10.09.2017 19
 İnternetde başlayan, realda davam eden sevgi ve sonda sönen ulduz...[/b]


Yadındadırmı internetde danışmağımız? Artıq 2 ilin sirdaşı olmuşduq... Qelbimin derinliklerindeki,hetta yaxınlarımın bele bilmediyi sirrleri sen bilirdin... Senin sirrlerini ise men... Dost idik. Sene "dostum” deye müraciet edirdim... Amma qelbimde qene qarşı sevgi yaranmışdı... Deye bilmirdim... Qebul etmeyeceyinden qorxurdum... Mene zaman lazım idi... Düşünmek üçün, güc toplamaq üçün, hemçinin sene de, "O”-nu unutmaq üçün... Bilirdim heyatında kimse var, amma emin idim ki, onu sevmirsen...



Sene "Seni Sevirem” demek anı artıq gelib çatmışdı... Her birimiz yetkin insanlar idik... Senin de qelbinde mene qarşı olan hissleri duymuşdum, buna göre cesaretim bir az artmışdı... Bu etirafı senin ad gününe saxladım, düşündüm ki, seninçün ikiqat hediyye olar...



Yadındadırmı sene ilk defe ellerinden tutub titreye-titreye "seni sevirem” demeyim? Yadındadırmı o utancaq baxışlarımız? Qızarmışdın, sanki dersde danlanmış uşaq kimi üzünü künce çevirib susmuşdun... Amma sevinirdin... Çünki, sen bunu gözleyirdin...



Yadındadırmı seki ile üzüyuxarı, zarafat ede-ede getmeyimiz? Herden "sen pissen” deyib guya geri qayıtmağın? Ve sonra da "zarafat eliyirdim, seni sevirem” deyib meni qucaqlamağın?! Yadındadırmı geceler evde heçkes eşitmesin deye pıçıltıyla danışmağın? Sesin çox şirin idi... Ele hey eşitmek isteyirdim senin pıçıltını,mene ruh verirdi...



Geceni çox sevirdin, her gece gezmeye çıxırdıq... Ulduzları seyr edirdik... "Bu ulduz menem, sönmeyime az qalıb” deyirdin, menise bunu adi bir zarafat kimi qebul edirdim... Amma... Amma bilmirem ne oldu... Heyatıma uzun bir sükut çökdü, meni terk etdin... Ulduzlarmı ayırdı bizi,yoxsa heyatmı?! Bilmirem, ezizim !



Seninçün çox darıxmışam, sesin üçün, tebessümün üçün... Pıçıltın üçün, gülüşün üçün... Gözel qelbin üçün... Ve nehayet "sönmeyine az qalan” bir Ulduz üçün !



O, menim heyatımın ulduzu idi... Bir zaman yanımda idi, indi ise elçatmaz göylerden qebrin üzerine nur saçaraq göz yaşlarımı parıldadır! O ulduz sensen, hansı ki, ömür boyu meni izleyecek... O ulduz sensen, hansı ki, o indi menim her şeyimdir! Sen menim Ulduzumsan, daim parlayacaq, geceler yollarıma işıq saçacaq.
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!