Qərar ver: Danışım yoxsa susum...

Qərar ver: Danışım yoxsa susum...
Maraqlı məlumatlar
10.09.2017 14
Dünyadan danış...

Sssus...Ağ ayıları qorumaq istəyirəm...60 il sora yer üzünnən silinəcəklər...



Məni təqlid etmə özünnən danış...

Sssus...Dünənimə rəhmət oxuyub,bu günümə şükr edirəm əslində hər günümə ,sabahkı arzularımla  yaşıyıram...



Xoşbəxtlikdən danış...

Sssus....Kədərin sınaq dərsində tək ayaq üstə qalıb...



Yalannan danış...

Sssus...Milyonlarnan yalan deyənlər oldu...Təbəssüm etdim,inandığımı düşündülər...Axmaqlar bilmirlər ki,təbəssümüm ağılsızlıqlarına heyranlığımnandı...



Sevgidən danış...

Sssus...Gətirdiyi hər çətinliyə razıyam,xəyanət edəcəyi günə qədər...



Ümiddən danış...

Sssus...Gələcəkdən yetim düşüb,SƏN in çiynində sükutdadı...



Təzaddan danış...

Sssus...İstinin yanına soyuğu,sevginin yanına nifrəti,SƏN in yanina MƏN i qoydum...



Xəyallarından danış...

Sssus...Balaca qızcığazın saldıgı naxışlarla toxunan xalça,palaz kimi taplalandığını görürəm bəzən...



İstəyinnən danış...

Sssus...Nəfəs almağa xərclədiyin zamana şərik olmaq...



Ağıldan danış...

Sssus…Ürəyimi bağışlayandan ağlım gözlərimin yolunda fəraridi…



Təsadüfdən danış…

Sssus…Yaşamaq məcburiyyətində olub heçvaxt yaşamayacağam dediklərin…



Yaşamaqdan danış…

Sssus…Əzrailin əmanətinə sadiqəm…Mən öldürənə qədər özünə yaxşı bax deyib…



Hörmətdən danış…

Sssus…Hörmət edirəm nə yaşa,nə başa,nə gözə,nə qaşa…Hörmət edirəm özünə hörmət qoya,sonra yoldaşa…



Nifrətdən danış…

Sssus…Nifrət edirəm sağ qulağını sol əli ilə tutanlara,nifrət edirəm fikirdən fikir oğurluyanlara ,nifrət edirəm qulaqlara pıçıldananın mənim bağırtımnan çox haqq görməsinə,nifrət edirəm dərdli olanlara dəyər verib dinləyən Mənə,nifrət edirəm dəyərsizləri dəyərə mindirən Sənə vəNİFRƏT EDİRƏM nifrətə…



PS Son...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!