Varlı ölkənin yoxsul vətəndaşları

Varlı ölkənin yoxsul vətəndaşları
Maraqlı məlumatlar
10.09.2017 13
Yaşadığımız və nəfəs aldığımız yer planetində ölkələr çoxdur. İnsanları müxtəlif, mühitləri müxtəlif olan dövlətlər çoxdur. İnsanlar biri-birlərilə eyni olsalarda, onları ayıran sərhədlər var. Dünyanın mərkəzində yerləşməkdə hər ölkəyə qismət deyilmiş. Dünyanın həm mərkəzində, həmdə hər növ zənginlikdə bizdə. Amma nədənsə vətəndaşları zəngin deyillər. Hər küçədə dilənçi gördüyümdə sözün həqiqi mənasında içdən ağlayıram. Özüm-özümə suallar verirəm, niyə biz bu günlərə düşdük. Varlı ola-ola niyə kasıbların sayı artır. Məsələ orasındadırki dəlilərində sayı artır. Artıq hər kəs çaşıb. Heç kəs heç nəyi bilmir, anlamır. Danışan dillərimizmi lallaşdı yoxsa eşidən qulaqlarımızmı birdən birə karlaşdı??



Kasıbların qiyamı çox təhlükəli olur deyirlər. Onların necə mübariz, necə yaşadıqları həyat uğrunda apardıqları mübarizəni üz cizgilərindən, yaxınındasınızsa gözlərindən oxumaq asanddır. Görərsiniz onların nə istədiklərini. Bu varlı ölkədədə, kasıblar nə qədər desəndir. Düzdür, özünü varlı hesab edib gəzənlərdə var, amma onlar anlamırlar ki, onlarında ortabab olması yuxarıdan aslıdır. Yuxarı kəsdisə onlarda bizi kimi kasıblardan olacaqlar. Varlı ölkəmizdə nemətlərin bərabər paylaşılmaması acınacaqlı vəziyyətdən və gələcəkdə baş verəcək ilk boom-un xəbərçisidir. Böhran mütləqdir. Hələm heç bir ölkədə görülməyib ki, böhransız və stabil inkişaflı ölkə davamiyyətli fəaliyyət göstərsin.



Bu gündə yaman maraqlı keçdi. Yeni insanlar, yeni tanışlar, həmfikirlər, müxaliflər və s.lər tapdım. Bu gündə varlı ölkəmiz bir daha özünü mənfi yöndən göstərdi. Gəncədəki tort yeməyinə bütün Gəncəlilər gəlmişdi, lakin yeməyən yenədə varlı ölkənin kasıb vətəndaşları oldu. Tort dadlıdır. İndi gəlin bir fikirləşək ki, heç tort yeməyən var. Bəlkəmdə sovet dövründə yeyiblər, amma biz gələcəyə baxırıq. Gələcəyə baxaraq deyirəm ki, yazıq camaata bir parça tort verin. Heç olmasa bu gündə bir parça tort verərdiz. Heç olmasa bir gün varlı ölkənin kasıb vətəndaşları özlərini tox hiss edərdilər. Anlayırıqki neft, qaz sizindir. Heç olmasa bu tortu qıyın camaata. Gözdən pərdə asmaq üçündə edə bilməzdiz??скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!