Darıxdım...Hamı kimi

Darıxdım...Hamı kimi
Maraqlı məlumatlar
10.09.2017 25
Uşaq olarkən həmişə böyümək istəyərdim, çünki o zaman istədiyim qədər

həyətdə oynaya bilcəkdim,o zaman istədiyim saatda yatacaqdım, o zaman özümə aid bir otağım bir kompüterim və bir telefonum olacaqdı,o zaman öz pulum da olacaqdı.Öz qərarlarımı özüm verə bilcəkdim...amma indi heç bir səbəb düşünmədən azadca qaça bildiyim günlər, velosipedə minib qardaşlarımı keçmə təlaşım və yıxılmağım, canım ağrısa belə yenə də gülüb yarışa davam etmələrim..."Müəllimim məni çöldə görər hirslənər" düşüncəsiylə onun evinin qarşısından böyük bir qorxuyla keçməyim..ən yaxınım dediyim dostumla məktəbin o xüsusi günlərində mahnılar söyləyə söyləyə əylənmələrimiz... Tarzan serialını bu gün hansımızın evində izləyəcəyik müzakirələrimiz...qadınlar günündə heç pulum olmadığı üçün gedib çobanyastığı topyalıp stəkanın içində anama verib onun xoşbəxtlik gözyaşlarını görməyim üçün darıxdım...

Dostlarımla qonşunun bağında hələ yetişməmiş düymə kimi ərikdən kim daha çox yığacaq deyib ağacdan yıxılmağım; ardından ağlamaqla gülmək arasındakı çıxardığım o maraqlı səs tonum...etdiyimiz matçlardan arada qalan partlamış rezin topun qoxusunu və oyun oynayarkən sıxıldığımda su içmə bəhanəsiylə babamın yanına gedib yatmış nömrəsi etdiyim...təzə paltarımı yastığın altına qoyduğum günlər üçün darıxdım...

Və çox qorxmağıma baxmayaraq qonşumuzun xoruzunun məni qovmasını və anaaaaaaaa deyə qışqırmalarım....parklarda səsim çatdıgı qədər qışqıra qışqıra qaçmağım... şişirdiyim saqqızın partlayıb üzümə yapışdığı,yediyim şokaladın paltarımı korlamağı keyfimi pozmadığı günlər... səhvim olanda gizləndiyim yerlər hətta səhvlərimə görə danlanmağım günlər üçün belə darıxdım...

Bəlkədə altı dəlik idi ayaqqabımın amma heç üşümürdüm, bəlkədə təzə paltarım yox köhnə paltarlarıma yeni yamağlarım olurdu amma utanmırdım, bəlkə də pulum az olurdu amma narahat deyildim, bəlkədə süd dişlərim tökülmüşdü amma ürəklə gülə bilirdim...qayğsız və saf kürəyimdən hələ vurulmadığım o təmiz günlər üçün çox darıxmışam. Dünydaki insanlar hamısı eyni cür yeriyə, yeyə, yata, sevə, danışa bilməsə də hamısı eyni keçmişi - uşaqlığı üçün darıxır elə mən də....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!