Çünki onlar, anadırlar...

Çünki onlar, anadırlar...
Maraqlı məlumatlar
10.09.2017 8
Dünya da neçə adam əlləri olan lakin onu istifadə edə bilməyən, ayaqları olan amma yeriyə bilməyən, istəklərini ağlamasıyla bildirən, danışa bilməyən, altınını batıran, gecələri şirin yuxudan oyandıran birinə baxmaq istər? Kim bu qədər aciz biriylə bezmədən maraqlanmaq istəyər, ya da bunu kim edə bilər? Nə qədər çətin iş dediyimiz bütün bu işləri qarşılıq gözləmədən, sevərək edən tək canlı analardır.



Dünyanın ən müqəddəs varlıqlarıdır analar. Ən romantik, ən vəfalı, ən çox dəyəri bilinən və hüquqlarının ödənməsi qeyri-mümkün olan meleklerimizdir. Gözlərimizi açdığımız ilk gündə başlayır onlara bağlılığımız. Daha heç bir şeyin fərqində deyilkən onların qucağında ağlamağımız kəsilər və hər ağlamamızda bilər nə dərdimiz olduğunu. Bizim ağlamğamız başqalarına pis gələ bilər amma onlara deyil, onlar bezmədən yetişər imdadımıza. Ən gözəl paltarları geyindirər, ən gözəl yeməkləri yedirdər bizlərə. Həmişə sevgiylə böyüdər bizləri.



Bizlərdə xoşbəxt olarıq bunlarla və həmişə hədiyyə vermək istəryərik onlara. Hətta bizim onlara ilk hədiyyəmiz danışmağa başladığımız gündür və ilk öyrəndiyimiz sözün "ana" olmasıdır. O an onun ən xoşbəxt anlarından biridir. Hediyəmizi üçün çox sevinərlər və sevincdən ağlayarlar.



Aradan illər keçər və məktəb yaşına çatarıq. Məktəbin ilk günü hər zaman ki kimi yanımızda olarlar. Və yenə bizi böyümüş olaraq görmələri ağlamalarına səbəb olar. Məktəbdən gəldiyimizdə ilk iş məktəbdə nələr etdiyimizi onlara danışarıq. Nələr öyrəndiyimizə deyərik. Bizi sıxılmadan və ciddiyyətlə dinləyərlər, eləbilki çox əhəmiyyətli bir şey danışırıq ... Məktəb həyatımız bu şəkildə davam edər.



Onlar həyatımız boyunca sevincimizi də kədərimizədə ağlayarlar. Amma bəziləri var ki analarını küçəyə atarlar, onlar analarına pis sözlər söyləyərlər, onlar analarının dəyərini bilməzlər. Buna baxmayaraq yenə bir şey deməz, deyə bilməz analar. Nə də olsa uşağımdır deyə düşünürlər, ürəkləri gəlməz nəsə deməyə. Onlar bu vəziyyətlərinə da yenə ağlayarlar amma sevinclərindən deyil vefasızlıqdan ... O yaşa gətirdikləri uşaqlarının bunları etməsi incidər onları, körpəlik günlərini xatırlayarlar.



Məhz bu duyğunu heç yaşatmayaq onlara. Haqqını onsuz da ödəyə bilməyəcəyimiz analarımıza dəyər verək, üzməyin, ağladıqları vaxtlar incidikləri deyil sevindikləri vaxtlar olsun və onlara hörmət edək. Uşaqlıq günlərimizi xatırlayaq və Peyğəmbərimizin (s.a.s) sözünü də heç bir zaman unutmayaq ki "Cənnət anaların ayaqları altındadır" ...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!