Virtual “üzümüz” avatarlar

Virtual “üzümüz” avatarlar
Maraqlı məlumatlar
10.09.2017 8
Heyvan rəsmi avatarları

Ən məhşur avatar növlərindən biridir. Hər bir heyvan avatarı insan düşüncəsinə aid əlamətdən xəbər vermiş olur. Pişik avatarında insan qayğı, sığal,müstəqillik, itdə - sədaqətlilik,dürüstlük,ilanda müdriklik kimi xüsusiyyətləri özündə cəmləşdirmiş olur. Bu keyfiyyətə malik insanlar bu cür avatar altında özlərini gizlənmiş ƏSAS insan hesab edirlər.



Cizgi film qəhrəmanları

Psixoloji olaraq uğurlu avatarlardandır. Hansı ki, avatarın sahibinin xarakter olaraq öz "qəhrəmanına” oxşamaq istəyi yaranır və bu cür avatarlardan istifadə edən insanlar seçdikləri qəhrəmanlar kimidirlər. Belə ki, dovşan "Bunny”dən xeyir gözləmək lazım deyil:) Amma pişik "Leopold” sizin güvənə biləcəyiniz avatar simasıdır. Ənənəvi cizgi qəhrəmanları avatarlarından adətən yeniyetmələr istifadə edir. Böyüklər isə yapon anemilərindən istifadə etməyə daha çox üstünlük verirlər.



Məşhurların siması olan avatarlar

Bu avatarların sahibləri (siyasətçilərin şəkli xaric) özlərində olan ambisiyaları bildirmiş olurlar. Sanki ətrafdakılara "Mən çox müasirəm, musiqi (kino, idman) aləmində baş verən bütün yeniliklərdən xəbərdaram. Bu qəhrəmanı sevirəm və mən düşüncədə olan insanlarla sevərək ünsiyyət qururam. Başqaları narahat eləməsin:)” kimi gizli bir mesaj göndərmiş olurlar. Siyasi avatar sahibləri isə yumor hissinə malik insanlardırlar.



Qəddar avatarlar

Qəddar avatarlardan adətən o insanlar istifadə edir ki, onlar yalnızlığa meyillidirlər. Susqun və tez inciyən insanlar. Bu avatar sahiblərini tez- tez aqressiv fantaziyalar "yad edir”, onlar bəzən günah hissi kompleksinə qapanırlar. Bu cür avatarlardan adətən "ehtiyat” kimi istifadə edirlər və böyük əsəb zamanı "geyinirlər”. Belə avatar sahibləriylə ehtiyatlı olmaq lazımdır:)



Exclusive avatarlar

Bu avatarlar sahibi tərəfindən şəxsən hazırlanan və standartlardan kənar olurlar. Hansı ki, o insan o avatarda özü haqda obrazı yaradır. Belələri azad, özü haqda yetərincə yüksək fikirli, özünün dəyərini bilən olurlar. Bu cür avatarlar həmin şəxslər üçün bir növ ticarət markası kimi bir şeydir. Onu məşhurlaşdırır və eyni zamanda da "oğurlanmaması” üçün əlindən gələni etməyə çalışır. Bu avatar sahibləri rahat ünsiyyətə girirlər, mübahisə etməyi sevirlər, ağıllı, bəzən isə tərs olurlar. Inciyən, lakin istəklərinə nail olanlardılar.



Real şəkillər

Çox nadir hallarda istifadə olunur. Ən çox intensiv ünsiyyət olan, anonimliyin qorunması lazım olan yerlərdə istifadə olunursa deməli etibarlılıqdan xəbər verir. Real görüşlərə hazır olan insanların seçimidir.



Təbiət rəsimli avatarlar

Bu cür avatarlarda fon daha böyük önəm daşıyır. Avatar arxasında olan insan qeyri-adi düşüncələrə sahibdir. O, çox danışmağı sevmir, özü haqda isə sadə və qısa danışır. Onu ancaq konkret mövzular maraqlandırsada, bəzən dünyada baş verənləri də müzakirə etməyi bacarır. Tez inciyəndir, təbiəti sevir, məşhurluğa və səs- küyə dözə bilmir. Romantikdir. Kənar fikrə hörmət edir və onu anlamağa çalışır.



Cazibədar avatarlar

Tam açıq şəkildə avatarlara nadir hallarda rast gəlinir. Ən çox bu cür avatarlardan xanımlar istifadə edirlər. Yəqin ki, açıq-aydın virtual tanışlıqlara hazır olduqlarını bildirmək istəyirlər:). Rahat ünsiyyət qururlar və xoşagələndirlər. Komplimentləri sevirlər. Tez bağlanandırlar. Real görüşlərə çətinliklə razılaşırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!