Seks yuxularının mənası nədir?

Seks yuxularının mənası nədir?
Maraqlı məlumatlar
10.09.2017 16
Yuxularımız gün ərzində yaşadıqlarımızdan və şüur altı yığımlarımızdan qidalanır. Seks və cinsəlliklə bağlı yuxular heç də real istəkləri və duyğuları əks etdirmir. Bütün yuxular kimi seks yuxuları da sizin üçün vacib olan hadisələrə işarə verir.



Yuxu uzmanı Lauri Loewenberg həyatdan istədiklərimizi almaq üçün seks yuxularımıza diqqət edib, daşıdıqları mesajı başa düşərək gerçəyə çevirə biləcəyimizi bildirir.



Qadınlar.biz təqdim edir.



1.Tanış insanlarla seks yuxuları.

Sekslə bağlı görülən yuxular arasında ən tez-tez rast gəlinən yuxu tanış biriylə seks etməkdir.

Bu cür yuxular həmin insanı arzuladığınız anlamına gəlmir. Bu yuxu tanıdığınız bu insanın sahib olduğu bir şeyi əldə etmək və ya onun xüsusiyyətlərinə həsəd apardığınız anlamına gəlir.



2. İş yoldaşlarınız və ya müdirinizlə bağlı gördüyünüz yuxular.

Bu cür yuxular sizin həmin insanlarla münasibətlərinizi gücləndirmək və yaxın olmaq istəyiniz anlamına gəlir. Və yaxud da birlikdə işlədiyiniz insanların idarə şəklindən, işlə bağlı fikirlərindən razı deyilsəniz, bu cür yuxular görə bilərsiniz.



3. Sevgiliniz və ya həyat yoldaşınızla seks yuxuları.

Əgər yuxuda sevgilinizlə və ya həyat yoldaşınızla seks etmək üçün yer tapa bilmirsinizsə, bilin ki onunla münasibətinizdə ciddi  probleminiz var!

Bu yuxu günlük həyatınızda qarşılaşdığınız münasibət və yaxınlıq problemlərinizi əks etdirir və sizə dərhal cinsi yaşamınıza diqqət ayırmalı olduğunuzu xatırladır.



4. Cəmiyyət arasında seks etdiyinizi görmək.

Yuxuda insanların çox olduğu bir yerdə seks etdiyinizi görmək, heç də sizin seks fantaziyalarınızla bağlı olduğu anlamına gəlməz. Bu yuxu yaxın zamanda utanmağınıza səbəb olan bir hadisə və ya toplu bir yerdə sizin haqqınızda utandırıcı bir hekayə danışıldığı üçün yaşadığınız utancverici hisslərin təsirilə yaranmış ola bilər.



5. Heç yuxunuzda uçdunuzmu?

Azadlıq hissini sonuna qədər yaşadığınız bu yuxular orqazm ilə bağlıdır. Seks həyatınızın təsirilə orqazm duyğusuna bənzər bir rahatlama hissini yuxuda uçaraq yaşamış ola bilərsiniz.



6. Məşhurlarla seks yuxuları.

Bu cür yuxular heç də həmin məşhur insanlarla seks arzuladığınız mənasını vermir, əksinə real həyatınızda diqqət mərkəzində olmaq istəyinizlə bağlı yaranır.



7. Keçmiş sevgililərlə seks yuxuları.

Ən çox görülən yuxulardan biri də keçmiş segililərlə bağlı olan seks yuxularıdır. Hər kəsin kabusu olan olan bu yuxular keçmiş sevgiliniz üçün çox darıxmısınız demək deyildir.Bu tərz yuxular zehninizin kiçik xatırlatma hiylələridir sadəcə. Məsələn, facebookda onunla bağlı kiçik bir xatırlatma və ya doğum günü tarixinin yaxınlaşdığını xatırlamaq kimi şeylər şüuraltının təsirlənməsinə və keçmiş sevgilinizin yuxunuza girməsinə səbəb ola bilər. Bundan başqa, indiki münasibətinizdə yaşadığınız problemlər sizə yuxunuzda keçmiş sevgilinizi xatırlada bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!