Rənglərin orqanizmə təsiri...

Rənglərin orqanizmə təsiri...
Maraqlı məlumatlar
10.09.2017 12
Alimlər illər boyu rənglərin əhval ruhiyyəyə, sağlamlığa və düçüncələrə olan təsirini araşdırırlar.



Bir rəngi digərindən çox bəyənməyimiz, o rəngin bizdə hansı hisslər yaratdığından irəli gələ bilrə. Bunları nəzərə alaraq, sizə  müxtəlif rənglərin psixika və sağlamlığımıza təsiri haqda  məlumat vermək istəyirik.



Qırmızı.

Parlaq rəng olub, güclü emosiyalar yaradır. Onu sevib, sevməmək olar, lakin laqeyid qalmaq mümkün deyil. Qırmızı rəng, orqanzimə stimullaşdırıcı təsir göstərir. O, bədəni canlandırıb qızışdıraraq, ürək yığılmasının tezliyini artırır, nəfəsi dərinləşdirir, əzələ tonusunu artırır, qan dövranına və adrenalinin ifrazına təsir göstərir. Bunula bərabər maddələr mübadiləsini tezləşdirir. Lakin, nəzərinizdə olsun ki, qırmızı rəng qan təzyiqini artırarq bəzi hallarda baş ağrısı verə bilir. Əgər sizdə hipertoniya xəstəliyi, emosionallıq  və koordinasiya pozuntları varsa, o halda qırmız rəngdən istifadə məsləhət görülmür.



Çəhrayı isə tam əksinə sakitləşdirici effekt göstərərək bir çox xəstəxanaların palata divarlarında da istifadə olunur.



Narıncı.

Bu rəng iştaha yaxşı təsir göstərir. O, mədəaltı  vəz və dalağı möhkəmləndirir, həzm və ürəyin işini stimullaşdırır. Bu rəng zehni xüsusiyyətlər və  fiziki enerjini  möhkəmləndirən və birləşdirən stimulyator olub, immun sistemə yaxşı təsir göstərir.



Sarı.

Sarı rəng  günəş rəngi olaraq, əhvalı artırıb, qorxudan azad edir. Sarı rəng əsasən psixiki prosessləri stimullaşdırır. Bunlardan : düşüncə və yaddaşın artırılması, konsentrasiyanın gücləndirilməsi. Tənəffüs orqanlarına təsir edərək sinir sistemini yaxşılaşdırır. Nevrozun müalicəsinə kömək edir.



Qırmızı rəng kimi bu rəng də, qan təzyiqi və nəbzi artırma gücünə malikdir.



Yaşıl.

Yaşııl -  sağlamlıq rəngi sayılaraq, sinir siteminə sakitləşdirici təsir göstərir. Əsəbi  gərginlik, miqren, depressiya hallarının müalicəsində effektiv sayılır. Bu rəng əsasən vanna və yataq otaqlarında sakitlik və yuxusuzluğa kömək etdiyi üçün  istifadə olunur. Açıq yaşıl rəng kapilyarları genişləndirərək, təzyiqi  azaldır.



Mavi.

Rahatlıq rəngi sayılaraq, psixoloji effekti sayəsində ürək ritmi və nəfəsi sakitləşdirərək, zehni fəaliyyəti gücləndirir. Tünd mavi rəng hipofizə təsir edir, o isə öz növbəsində yuxunu nizamlayır. Araşdırmaların nəticələrinə görə mavi rəng məktəb otaqlarında istiifadə olunduqda aqressiv uşaqlara sakitləşdirici təsir göstərmiş olur. Həmçinin bu rəng yuxusuzluq probleminin  müalicəsində istifadə olunur.



Bənövşəyi.

Bu rəng qırmızı və mavi rəngin özündə birləşdirir. Müəmmalı olan bu rəng, özündə iki əks rəngin və həmçinin əks xüsusiyyətlər sayılan sakitlik və hərəkəti, yaxınlıq və uzaqlığı, soyuq və istini birləşdiri. Bu rəng təbiətdə çox az təsadüf edilir. Qırmızı və mavi rəngin ahəngi orqanizmin detoksikasiyasına (toksik maddələrin fiziki, kimyəvi və ya bioloji yolla zərərlələşdirilməsi)  kömək edir. İştahı  azaldır və maddələr mübadiləsini tənzimləyir, həmçinin təmizləyici və antiseptik təsir göstərir.



Hər bir nüansı nəzərə alaraq, hər birimizin sevimli rəngi olsa da, bildiyimizə görə bu rəng üstünlüyü yaş həddinə görə dəyişərək, o zaman üçün ruhi vəziyyətimiz və daxili hisslərimizi, ən əsası isə hansı hisslərə ehtiyac duyduğumuz biruzə verir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!