Yeni il üçün ən uğursuz hədiyyələr

Yeni il üçün ən uğursuz hədiyyələr
Maraqlı məlumatlar
10.09.2017 31
Yeni il üçün ən uğursuz hədiyyələr


Yeni il üçün ən uğursuz hədiyyələrin adları məlum olub. ANS PRESS-in məlumatına görə, ABŞ və Avropada aparılan sorğu bayramdan sonra mağaza rəflərinə geri qaytarılan hədiyyələrin reytinqini hazırlamağa imkan verib.
Nə qədər qəribə olsa da, ən uğursuz hədiyyələr sırasında ilk yeri paltar tutur. Rəyi soruşulanların 74 faizi onlara verilən hədiyyə paltarları geri qaytarırlar. Bu, paltarın üslubu, rəngi, ölçüsünün düzgün olmaması ilə bağlıdır.
Növbəti yerlərdə məişət avadanlığı, oyuncaq və hobbi atributları gəlir. 16 faiz onlara verilən oyuncaqları, 13 faiz hamam və mətbəx üçün dəstləri, 11 faiz qabları və məişət avadanlığını mağazaya geri qaytarır.
Uğursuz hədiyyələr siyahısında kosmetika və parfümeriya vasitələri də var. Verilməsi məsləhət olmayan hədiyyələrdən biri də texnika və mobil telefonlardır. Belə hədiyyələrin 5 faizi geri qayıdır.
Araşdırmalar zamanı qərb ölkələrinin əhalisinin onlara lazım olmayan hədiyyələri almağı sevmədiyini ortaya çıxarıb.
Qeyd edək ki, bu il amerikalılar və avropalılar 4,28 milyard dollar dəyərində məhsulu mağazalara geri qaytarmaqla rekord vurublar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!