İnsana arxalanan yıxıla bilər, ALLAHA arxalanan əsla!

İnsana arxalanan yıxıla bilər, ALLAHA arxalanan əsla!
Maraqlı məlumatlar
10.09.2017 41
Yürüyəcəksən SƏN!...ağlayacaqsan qəhərdən...bəlkə də boğulacaqsan tüstülərdən SƏN....bəlkə kəsəcəklər sözünü, ürəyindən keçəni dilinə gətirməyə belə, imkan verməyəcəklər...ama yürüyəcəksən!

Kimi zaman nəfsin qarşısına çıxacaq, kimi zaman çevrən,kimi zaman ailən, kimi gücünü əlində tutanlar, kimi dostlarin vuracaq səni arxadan ....ama SƏN yürüyəcəksən!

Bəlkə anlamaq istəməyəcəklər səni, bəlkə anlamayaraqdan danışdıqlarıvı, bəlkə ələ salıb güləcəklər....ama SƏN ,ALLAHA dayanacaq və yürüyəcəksən!



Bəlkə güvəndiyin dağlara qar yağacaq, bəlkə azacaqsan dalanlarda, yollarda...ama SƏN, RƏBBİNƏ güvənib yürüyəcəksən!

Bəlkə sürüləcəksən, bəlkə daşlanacaqsan, bəlkə tərk ediləcəksən ama SƏN,RƏBBİNİN var olduğunu bilib yürüyəcəksən!

Kimi sədd çəkəcək qarşına, kimi hökm edəcək həyatına, kimi dəyişdirmək istəyəcək yerişini, kimi tapdalayacaq ayağını..kimi tikanlar əkəcək yollarına...yorulacaqsan... ama, göylərdə SƏNƏ sığınan BİRİNİN olduğunu bilib yürüyəcəksən!

Qıracaqlar səni, için qan ağlayacaq, oyunu duz oynamayacaqlar...sənə bir cəllad rolunu verəcəklər, oyanamasan özün öz əllərinlə vurulacaqsan! çarəsiz qalacaqsan...ama HƏSBİY ALLAH deyib yeriyəcəksən.!

 

Torpağını alacaqlar, namusunu tapdayacaqlar gözlərinin önündə.Axacaq gözlərindən qəzəbli göz yaşları, ixtiyarin olmayacaq belə qimildanmağa...göz yaşını silməyə, əlin qalxmayacaq...ama yürüyəcəksən!

Zalımların cəzası yerdə qalmayacaq, intiqamını almaq eşqi ilə yürüyəcəksən!

Bəlkə halın soruşulmayacaq, qiymətin bilinməyəcək diri ikən belə, gözlərə göünməz kimi olacaqsan....saymayaraq yanından SALAMSIZ ötüşəcəklər belə...ama SƏN yürüyəcəksən!

Bəlkə vefasızlar unudacaq SƏNİ... SƏN ən vəfalı dostun yolunda yürüyəcəksən! bu dost yolunda əyilənlər olacaq ,tamaha var-dövlətə satılanlar olacaq, ama SƏN dimdik yürüyəcəksən!



Sanma yolda tənhasan,getdiyin yolun əsla yarısından qayıtma! Bu yolun yolçularının dostu, ALLAHDIR

Bismillah de, HəsbiyALLAH de və yeriməyə davam et... Əlbəttə, çatacaqsan istədiyin arzuladığın yerə bir gün!

Aldanma, həvəsdən düşmə unutma ki YARADAN yaratdıqlarının bütün əməllərinə şahiddir! sanma zalımın etdiyinə qarşı kardır...məzlumun ahı,endirir şahı da taxtından...hər şeyin bir vaxtı vardır!

Ürəyində ALLAH məhəbbəti, alnın səcdə də ,sevgin müqəddəs yerdə ikən, əsla sarsılmazsan!

İnsana arxalanan yıxıla bilər, ALLAHA arxalanan əsla!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!