Kor olaydım görməyəydim... (1)

Kor olaydım görməyəydim... (1)
Maraqlı məlumatlar
10.09.2017 20
1. Avtobusda bir gənci oturub saqqız çeynəyərək qulağında qulaqcığın üsyan edərcəsinə dup-dıs səsi aləmi götürüb boynunu dala-qabağa sallayaraq müsiqidən həzz alarkən alçalan, başının üzərində isə yaşlı bir xanım əlində zəmbili onun simasına baxmağa utanrarkən yüksələn gördüm....



2. Marşrut sürücüsünü daha bığ yeri tərləməmiş cavan, beyni qanlı, dəliqanlı marşrutu olmayan sıfır yeddisini təkər qaldırırmış kimi sürərək arxa tərəfində otuz nəfər, qadın kişi uşaq aparır deyə düşünmədən sallanan, ordan qazandığı pulu hələ hara xərcləməyi düşünməyərkən, konduktoru ağsaqqal, alacağı pulu hələm almadan ailəsinin ehtiyacına xərcləyən sakit, səsi zorla çıxarkən ona əlini qaldırıb – "Alə düz-əmməli səslə də, metro çıxır çığır görək üç dord nəfər çıxsın gedək”... deyib bişərəfə dönərkən gördüm....



 

3. Atasının səhərdən axşama kimi bir günü on manata işləyən özünün isə Iyirmi beş yaşında hələ işləməyib əyninə bir şalvar da almayan, gün başına döyənə kimi yatan AYILARI, atasından əlli manat istəyəndə ata imkan olmadığı üçün iyirmi manat verdi deyə burnunu sallayıb atasının arxasınca donquldanan donuzlara çevrilərkən gördüm.



4. Kəmər taxmadı deyə yol polisi saxlayanda iyirmi manat RÜŞVƏT veib canını qurtaran rüşvətbazları rüşvət alanların əlindən zara gəldiklərini danışıb ikiüzlüyə oxşarkən gördüm.



5. Toy düyünlərdə öz həyat yoldaşları ilə qol qaldırıb oynamağı özünə "zapadlo” sayanları, restoran barlarda göbəyi açıq tansçılarla göbək atarkən gördüm.



6. Bir həftə səbirsizliklə teleserialını gözləyən yarımkişiləri, evində qarşısına çayının iki dəqiqə gec gəldi deyə stəkanı divara çırparaq zorbalaşarkən gördüm.



7. Sevgilisinə – "Sevgilim, sənin hədiyyən bir həftədir e hazırdı...Sevgililər günü gəlsin verəcəm” deyən GƏDANI, evə gələndə ANAsına - "Ay da Ana, sən təzyiq dərmanı zəng edib dedin e. Yadımdan çıxdı, bu gün ötüş səhər alaram” deyərkən alçaqlaşan, utandığından yerin dibinə girən Ənvər kövrəldərkən gördüm...!!!



8. Işçisinə bir aylıq maaşını avans olaraq verməyən patronu, evindəki iti üçün bir saatda dörd baytar və iki UZİ çağırarkən insanlıqdan uzaqlaşıb lənətlənən zombiyə dönərkən gördüm.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!