Toy adətlərimiz

Toy adətlərimiz
Maraqlı məlumatlar
10.09.2017 30
Gündüz saat 2-də toy başladı.Qızlar,gəlinlər,cavan oğlanlar kömək etmək üçün ortalıqda qaynaşır. Həyətin bir tərəfində qazanlar qaynayır,bir tərəfində manqalların tüstüsü bürüyüb göy üzünü.



Qonaqlar tələsə-tələsə öz yerlərini tutmağa çalışır. Təbii ki qadınlar ayrı,kişilər ayrı mağarlarda yemək yeyəcək. Uzun zamandır bir-biri ilə görüşməyən qohumlar,qonşular görüşür,hal -əhval tutur. Şəhərdən gələnlər kənddəkilərin diqqət mərkəzində olur :)) Təsəvvür edin toya gələnlərin yarısı ilə tanış edilib,görüşmüşəm. Bir gün içində xeyli tanımadığım qohumlarımı tanıdım. Kənd toylarında belə bir adət var ki,kənddə yaşayanlar günorta gəlib yemək yeyirlər,biraz oturub sonra dağılışırlar.



Gedib axşam üçün başqa geyim geyinib,bəzənirlər. Və axşamçağı hamı yığışır eyni mağara. Milli musiqilərimiz ard-arda çalınır,toy əhli fasilə vermədən ürəkdən rəqs edirlər. Toy kiçik toyu idi. Saat 11 ərəfələrində bəyi gətirdilər toyxanaya. Bəy gətiriləndən sonra toy daha da şənləşdi. Ən xoşuma gələn adətlərdən biri bəy gəlməmişdən qabaq toydakılardan kimsə bəyin stolunda oturur və bəydən,bəyin atasından,əmilərindən,dayılarından,babalarından xələt almayınca stoldan durmur :)) Oturduğu yerdə xeyli pul qazanır həmin adam :)) Heç kim getmək istəmirdi, gecə saat 2-yə kimi davam etdi toy. Sonunda musiqiçilərin necə əldən düşdüyünü gördük insafa gəldik və toyu dağıtmağa qərar verdik :)) Ən sonda yallı getdik və toy dağıldı. Toy evində qalacaq olanlar və kənddə yaşayan qohumlar ,yadlar dağılandan sonra mağara yığışır,səhərə kimi söhbət edir,çay içir. Və toyu beləcə bitirmiş oluruq.



Siz restoran toyu ilə kənd toyu arasında nə kimi fərqlər görürsüz? Sizcə hansı daha maraqlıdır? Sizin toylarınızda qeyri -adi adət-ənənələr hansılardır?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!