Sabahkı havanı bu gün evinizə gətirən Tempescope

Sabahkı havanı bu gün evinizə gətirən Tempescope
Maraqlı məlumatlar
10.09.2017 32
"Google” firmasında çalışan proqram mühəndisi Ken Kovamoto hava proqnozu ilə bağlı maraqlı və əyləncəli bir ixtiraya imza atıb. Ken Kovamotonun "Tempescope” adını verdiyi icadı ertəsi gün havanın necə olacağını canlı şəkildə bir şüşə qutu içində reallaşdırır. Yəni ertəsi gün yağış yağacaqsa, "Tempescope” içindəki kiçik buludlar eyni şəkildə yağış yağdırır və ya göy guruldadır.



İnternetdəki hava proqnozu məlumatları ilə işləyən bu qutu təəssüf ki, hələ qar yağdıra bilmir. Kovamoto bu cihazını daha da təkmilləşdirmək üçün fon saytlarından pul yığmağa çalışır.



Onu da qeyd edək ki, Tempescope indiki halı ilə artıq qeyri-adi hədiyyə axtarışında olan insanların diqqətini üzərinə çəkə bilib.



Qadınlar.biz təqdim edir.




 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!