Kor olaydım görməyəydim...(3)

Kor olaydım görməyəydim...(3)
Maraqlı məlumatlar
10.09.2017 13
1. İntenretdə insanların duyqularını ələ almaq üçün, qız olub QIZLARLA danışmaq üçün oğlan nikiylə, oğlan avatarıyla çat edən arsızları, oğlan olub OĞLANLARLA danışmaq üçün qız niki ilə qız avatarı ilə qeydiyatdan keçən GƏDALARI saxtalaşarkən, cəhənnəmin yalan alovu ilə yanan qır qazanından xəbərsiz zavallı, yazıq, bixəbər görsənərkən gördüm...



2. "Sən mənim qardaşımsan”, deyib malını pulunu soyan, ondan sonra da "qardaşının” telefonuna cavab verməyən , cavab verəndə də iclasdayam, müdürün yanındayam kimi sms yazan nanəcib gədələrin insan cildindən çıxaraq özünü aslan görsədən çaqqala dönərkən gördüm....



3. Yüksəklərə dırmanmaq üçün yanındakından kömək istəyəni, yanındakı onu azca təkan verib qaldıran kimi ayağını onun başına qoyub ondan pilləkan kimi istifadə edəni , yuxarı qalxdıqdan sonra isə bu "it-qurdu mənim otağıma qoymayın” deyən maskası cırıqlardan gördüm....



4. Eyni atadan olan, bir ananın qarnından çıxıb bir həyətdə qalan iki qardaşı, bir birləri ilə danışmayan iki qardaşı, bir birinin toyuğunu öldürəcək qədər bir birlərinə düşmən olan qardaşı, bir birlərinin divarına "Bura Zibil Atanın V...Y....” Yazacaq dərəcədə alçalıb azğınlaşan qardaşı gördüm....



5. Birisi uşağının olması üçün yüzminlərlə dollar xərcləyərkən, milyonlarla ölçülən mal mülkünün yarısını bir göz qırpımında bir körpə səsinə qurban verməyə hazır olarkən, başqa birini doğduğu körpəsini zibil qutusuna buraxıb nankora, vicdansıza, şərəfsizə, biqeyrətə çevrildiyini gördüm.....



6. Kənddən qaloşunu sürüyərək gələn, burada yüksəkliklərə qalxanı, daha sonra kənddən gələn yaxınlarını bəyənməyəcək dərəcədə qınsızlaşan, tısbağaya dönənqudurmuşlar gördüm...



7. Ən müqəddəs sirrimiz olan ailəni, teleseriallara baxıb ucuzlaşdıran, dəmir qədər möhkəm tutmamsı lazım olan ailəni pendir qədər yumşaq edən, qəlbimiz qədər dəyişilməsi mümkün olmayan ailəsini paltar dəyişirmiş kimi dəyişən şərəfsizi gördüm...



8. Gül kimi övladlara sahib olan, gündəlik Allahın verdiyi ruzi ilə dolanan, öz bağçasında çoxluca qızılgülləri olan ata-ananı onların yerində yüzminlərlə ailə olmaq istərkən, onların gözünü başqa bağçalarda qızıl gül axtaran kor, yedikləri halal yeməyi harama dəyişdirəcək qədər nankor olarkən gördüm....



9. Anasının onu atasız böyütdüyünü, saçını süpürgə edib oxutduğunu, geyməyib geyindirdiyini, yeməyib yedirdiyini....oğulub böyüdüyünü, oxuyub "adam” olduğunu, evlənib uşaq sahibi olduğunu, özünün villada qalarkən, ANAsının isə kənddə daxmada qalıb quru çörək ovub yediyini, qısacası ANAnı arvadın ayağına verən NAKİŞİni gördüm....скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!