«Apokalipsis» - Son yoxsa Başlanğıc?

«Apokalipsis» - Son yoxsa Başlanğıc?
Maraqlı məlumatlar
10.09.2017 36
Son zamanlar tez-tez rastlaşdığımız "apokalipsis” sözü öz kökü etibarı ilə "İncil”ə bağlıdır. Bu termin yunan dilindən tərcümədə — "açılış”, "açıqlama” mənasındadır.



Bu — "İncil”də " İohann Boqoslovun açıqlaması” adlanır. Kitab "İncil”də peyğəmbəri açıqlamalar verən son kitabdır. "İncil”in digər bölmələrində bu cür açıqlamalar verilmir. Bu kitabı 12 apostollardan biri İohann Boqoslov yazmışdır.



"Apokalipsis”in çox hissəsi bəşər tarixinin finalına, sonuna həsr olunmuşdur. Bu səbəbdən də müasirlərimiz bu termini "dünyanın sonu” mənası kimi qəbul edir. "Dunyanın sonu”nu "İncil” necə təsvir edir?



"Apokalipsis”(Qorxunc məhkəmə) – dini təsəvvürə görə, dünya tarixinin son anı, dünyanın yeniləşməsi və son olaraq, insanın İlahiyə yaxınlaşmasıdır. Amma "İncil”in digər bölümündə isə "apokalipsis” bir az alleqorik təsvir edilir. Ancaq "Apokalipsis”də dünyanın sonunun qorxunc, dəhşətli mənzərələri tam qabarıq təsvir olunur.



İohann Boqoslov kim olub? Apostol İohann — İsa peyğəmbərin ən yaxın şagirdlərindən olub. Bu kitabın ("Apokalipsis”in) məhz İohanna məxsus olmasına isə onun şagirdləri və kilsə şahidlik edir. Bu kitab kilsə ilahiyyatçıları tərəfindən həm "İncil”in bir hissəsi, həm də bir "İlahi xəbərdarlıq” kimi qəbul edilir. Bu kitab nə vaxt və harada yazılmışdır? "Apokalipsis”in yazılma tarixi haqqında hələ indiyədək mübahisələr davam etməkdədir. Amma belə hesab edilir ki, bu kitab II əsrin lap əvvəllərində hazırlanmışdır. Kitabın yazıldığı yer Egey dənizində yerləşən Patmus adasıdır. Bu adada İohanna vəhy gəlir və həmin kitabı yazmağa başlayır (Bu haqda İohann öz yazılarında qeyd etmişdir). Yozulması: Ötən XX əsr ərzində "Apokalipsis”i müxtəlif cür yozanlar olub. "Apokalipsis”i yozulmasını əsasən, 4 qrupa bölürlər: 1-ci İohann Boqoslovun gələcəkdən xəbər verməsi kimi; 2-ci Qiyamət günü İsanın zühur etməsi kimi; 3-cü bir çox tarixi hadisələrin və kataklizmlərin "Apokalipsis”in yaxınlaşmasına işarə olması kimi; 4-cü isə I əsrdən başlayaraq din və dindarların təqib olunması və onlara edilən təpkilər və hücumlar, mənəvi dəyərlərin itməsi nəticəsində "apokalipsisi”in yaxınlaşması kimi.... Bundan əlavə, "İncil”də "apokalipsis”in dəqiq vaxtı, saatı haqda məlumat verilmir. Hətta deyilir ki, bu haqda mələklər də heç nə bilmir, bu yalnız Allaha məxsusdur. "Apokalipsis” – dünya incəsətində də ən önəmli mövzulardan biridir. Dünyanın ən görkəmli rəssamları "Apokalipsis” mövzusunda neçə-neçə dəyərli rəsm əsərləri yaratmışlar. Mikelancelo, El Qreko, Rafael, Albrext Dyürer, Nikolay Rerix və digər dünya şöhrətli rəssamlar "Apokalipsis” mövzusunda möhtəşəm rəsm əsərləri yaratmışlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!