Uydurma milli mentalitet

Uydurma milli mentalitet
Maraqlı məlumatlar
10.09.2017 22
Mentalitet - Hansı ki, bu heç bir zaman, heç bir dövrdə bizim toplumun genində mövcud olmayıb. Biz insani və ya dünyəvi qaydaların, yaşam tərzinin əvvəlinə "Milli” sözünü əlavə etməklə yetinmişik. Bir özünüzə bu haqda sual edin görək, milli mentalitet deyəndə nəyi başa düşürsünüz? Siz artıq mentalitet sözünün mənasını bilirsiniz, düşünmək asan olmalıdır.



Ataya, anaya hörmət bütün dünya ölkələrində var, deməli bu, "milli” ola bilməz. "Milli” adlandırmağın, bir hərəkətə, həyat tərzinə "milli” deməyin üçün öz keçmişindən gələn, öz yaşam tərzin, öz hərəkət tərzin olmalıdır. Yəni sadəcə sənin xalqına məxsus. Məsəlçün; Yaponiya. Sizcə, yaponlarda "milli” mentalitet deyəndə nə ağla gələ bilər? Ən sadəsin deyim, mənim ağlıma "Xarakiri” gəlir. Tarix boyu sadiqlikdən irəli gələn, mərdliklə ölümün milliləşməsi. Heç bir ölkəyə xas olmayan intihar hərəkəti. Bax bu, bir ölkənin özünə, tarixinə, yaşamına xas olan mentalitetidir, özü də "milli” mentalitetdir.



Və ya hamımıza məlum olan "alman dəqiqliyi” ifadəsi. Nə üçün fransız dəqiqliyi yox, məhz alman dəqiqliyi. Çünki bu dəyər, bu mentalitet almanlara məxsusdur, onlara xasdır. Bu onların tarix boyu qoruyub saxladığı mentalitetdir. Necə ki xalq, millət, istehsalçı, istehlakçı işinə, hərəkətinə bu prizmadan yanaşır, qoruyur, saxlayır.



Bizim mentalitet deyib hər kəsə namusdan, hörmətdən dərs keçməyimiz, əslində əlimizdə heç nəyin olmamasındandır. Bizə görə qadınların, qızların namusunu kişilərin çəkməyi mentalitetdir və ya daha doğrusu "milli” mentalitetdir. Sanki dünyanın hamısı binamusdu və ya sanki namus məsələsini Azərbaycan olaraq biz yaratmışıq və qoruyub saxlamışıq. Əxlaq nurdur. Bu başqa. Ancaq namus anlayışı bəşəri yaşam tərzidir ki, dünya xalqlarında da bu tərz var. Deməli bu bizim "milli” mentalitetimiz deyil. Biz bu tərzi özümüzə örnək götürmüşük.



Aftafa



Gəlin başa düşək. Tarixlər boyu özümüzə izahını gətirmədən və ya heç bir yerdə hətta izahını pıçıldamadan belə adına mentalitet deyərək etdiyimiz hərəkətlər dünyəvi deyilmi? Nə namus bizimdir, nə dini dəyələr, nə cəmiyyət içində hörmətsizlik etməmək, nə qonaqpərvərlik, nə böyüklərə hörmət, nə də marşrutda durub böyüklərə yer vermək. Biz bütün bu hərəkətləri "insan belə olmalıdır” və ya "hörmət”, "mədəniyyət”in mahiyyətini anladığımız üçün edirik. Bu bizim mentalitetimizdir deyə yox, bu mədəni həyat tərzidir deyə.



Bu həyat tərzini də Azərbaycan olaraq biz yaratmamışıq. Biz bu tərzə uyğunlaşmışıq. Və bu tərzin də hər bir xalqa görə nümayiş fərqliliyi var. Deməli, nümayiş fərqliliyi olsa da, hərəkətin kökündə duran "mahiyyət” dünyəvi olaraq qalır. Fərdiləşmir. Əksinə, şaxələnir.



"Seri” qatillərin özlərinə məxsus tərzi var. Belə qatillərin tərzi heç vaxt bir-birinə oxşamır. Məsəlçün; öldürülmüş bir insanın orta barmaqlarının kəsilməsi, sonra iki hissəyə bölünərək qurbanın sol hissəsində, yerə "T” hərfində qoyulması və beləliklə bu hərəkətin azı beş qurbanın üzərində edilməsi, deməli tərzdir, qatilin tərzi.



Biz Azərbaycanı "seri” qatillə müqayisə etsək, açıq şəkildə görə bilərik ki, ölkə olaraq tərzimizin olmaması acı həqiqətdir. Bəs tarix boyu, hətta milliləşdirərək mentalitet dediyimiz şeylər nədir? Nəsildən-nəslə ötürdüyümüz nədir? Bizim etdiklərimizi dünya xalqları etmirmi? Toyumuz, yasımız, ad günümüz, nişan, xına, elçilik, döyüş, əsgər, maşın, atom, H2O, aftafa... hansıdır "milli” olan?



Azərbaycan olaraq sinəmizə döyüb bu hərəkət bizim MİLLİ MENTALİTETimizə sığmır demək nə dərəcədə doğru ifadədir? Məgər biz bəşəri baxışdan, bəşəri tərbiyədən çıxış etmirikmi?



Müəllif : Nahidскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!