Bir qızım olsaydı əgər adını...

Bir qızım olsaydı əgər adını...
Maraqlı məlumatlar
10.09.2017 79
Bir qızım olsaydı əgər, adını "GECƏ” qoyardım;

Qapqara gözlərindəki parıldayan ulduzlarla Tanrının yaratdığı kainatın aynasını göstərsin deyə...



Bir qızım olsaydı əgər, adını "MÖVSÜM” qoyardım;

Dörd mövsümün bütün gözəlliklərini, beşinci bir mövsüm kimi özündə daşısın və bəzən bir son bahar kimi hüznlü, bəzən də bir yaz günü kimi parlaq olsun deyə...



Bir qızım olsaydı əgər, adını "HÜZN” qoyardım;

Bütün duyğular içində insana ən çox yaraşan bu duyğu kimi, olduğu hər yerə ruhunun rəngini qatsın deyə...



Bir qızım olsaydı əgər, adını "DƏNİZ” qoyardım;

İnsanlar, min illərdi qan qırmızısına çevirmək üçin çalışdıqları halda, inadla bir uşağın mavi gülüşünü üzündən əksiltməyən dünya kimi, insanlara mavi gözləri ilə baxsın deyə...



Bir qızım olsaydı əgər, adını "YAĞMUR” qoyardım;

Yağan yağışın insanlara fəqr qoymadan yağması kimi, haqlının da haqsızının da başına ədalətlə yağsın deyə...



Bir qızım olsaydı əgər, adını "SU” qoyardım;

Su qədər saf, su qədər duru, su qədər həyat qaynağı olsun və insanlar ondan vaz keçməsin deyə...



Bir qızım olsaydı əgər, adını "HƏVVA” qoyardım;

Həyat onunla başlasın və bir adam, onun uğrunda cənnətdən qovulmağı gözə alacaq qədər sevsin deyə...



Bir qızım olsaydı əgər, adını "NAĞIL” qoyardım;

Bir ömür boyunca mənim həyatımın məndən ona miras qalacaq olan nağılını, gözlərində kəlimələrində bütün insanlara danışsın deyə...



Hərçənd ki, indiki zamanda heç kəs qızının olmasını arzulamır. Böyük əksəriyyət oğlu olmasının xəyalını qurur, amma düşünmürlər ki, o oğlu da dünyaya gətirən bu günün istəmədikləri qızı, sabahın ANAsıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!