"Yaşadım" deyə bilmək..

Maraqlı məlumatlar
10.09.2017 4
Fikirləşirəm ki, görəsən insanın "yaşadım” deyə bilməsi üçün necə bir həyatı olmalıdı? Nələrə sahib olmalıdı? Hansı istiqamətə getməlidi? Kimlərə qulaq asmalıdı? Nələrdən və kimlərdən uzaq olmalıdı?



O qədər başqalarının həyatını kopya edərək yaşayırıq ki, "Filankəs, bele etdi, hamı onu yaxşı qarşıladı, deməli doğru olan budur. Mən də bunu edim”. Uzaqdan çox qorxunc görunən bir həyat modelidir bu.



Əksər insanların düşüncə tərzi: "Hər kəs bunu edirsə, deməli burda bir hikmət var!” Yanlış düşüncə! Həyatı bizə öyrədənlər kimi yaşamaq məncə özümüz olmamamqdır. Real olaraq deyil, ətrafın, cəmiyyətin, ailənin bir kölgəsi olaraq yaşamaqdır.



Əksər gənc qızların klassik xəyalı: "4 il universitet oxumaq, sonra yaxşı bir iş tapmaq, ərə getmək, uşaq dünyaya gətirmək” Əgər işlər yolunda gedərsə, bütün bunları etmək olar. Yaxşı, bəs planlar tutmasa nə olacaq? Bax elə budur insanı həyatın dönüş nöqtəsinə itələyən. "Allahım, yaxşı ki, planlarım reallaşmadı, yoxsa mən bu günki MƏN ola bilməzdim, əsla! ” deyirəm indi… Özümü tapa bilməz, həyatı olduğu kimi yaşaya bilməz və əvvəldən yazılmış bir ssenarinin parçası olmaqdan başaqa bir şey edə bilməzdim. Yalnız öyrədildiyim kimi yaşamağa məhkum bir insan olardım. Xoşbəxt ola bilərdimmi? Bəlkə… Amma bir gün həyatı dərk etsəydim, elə o zaman çox böyük bir boşluğa düşərdim. Və hər kəs kimi mövcud həyatımla xoşbəxt olmağa çalışardım…



Bir şey  hər kəs tərəfindən edilir deyə doğru deyil. Cəmiyyət, ətraf mühit tərəfindən yaxşı qarşılanacağıq deyə sevmədiyimiz yerdə oxuyur, dəli kimi pul qazanmağa çalışırıq. Sevmədiyimiz işi etməyimiz bəs deyilmiş  kimi başqaları tərəfindən söz də götürməyə məcbur oluruq. Və sonra yenə "Hə, artıq zamanı gəldi, subaylığın daşını atmaq vaxtıdır” kimi sözlərdən canımızı qurtarmaq üçün qarşımıza çıxan ilk insana "hə” demək məcburiyyətində qalırıq. Mən evliliyə qarşı filan deyiləm. Amma ətrafımda gördüklərimin çox müvəffəqiyyətli olduğunu da deyə bilmərəm. Həyatların məhdudlaşdırıldığını görürəm. Öz fikrindən çox başqa insanların fikirlərinə boyun əyib, səssiz olmağın lazım olduğunu görürəm. Bu mənim şəxsiyyətimdə bir insan üçün tam bir cəhənnəm həyatıdır.



Mən hər vaxt buna inanıram ki, insan psixologiyası ətrafındakı hər kəsi özünün olduğu vəziyyətə çəkmək istəyir. Evlənib azadlığı məhdudlaşdırılan bir adamın, subay yoldaşlarını israrla evləndirməyə çalışması kimi. Buna görə də, hər kəsin etdiyində hikmət olmadığını çox açıq və dəqiq şəkildə deyə bilərəm.



Nə güclü təlimlərmiş, necə güclü öyrədilmişik ki, heç cür bundan qopa bilmirik! Necə də yer edib şüurumuza , inanılmaz ! Bir insanın öz fikirinə görə hərəkət etməsi bu qədərmi çətindir? Öz seçimini özünün etməsinə niyə icazə vermirik? Ətrafımdakı insanların həyatlarına baxıram, hamı eyni.Dəyişmək istəyən o qədər az insan var ki !



Unutmayaq ki, dəyişmə elə fərdlərin özündən başlayır. Əsas olan cəsur, tərəddüdsüz addımlar ata bilməkdir. Sən, mən, o, biz hamımız bunu edə bilərik!



İllərini sərf etdiyin gəncliyini  bir beton, qaya olaraq xatırlamamaq üçün elə yaşamalısan ki, "Sevinclə yaşadım mən bu həyatı” , "Sevdim, sevildim, öz qərarlarımı özüm verdim, kimdənsə asılı olmadım” ,”Mən ssenarimi özüm yazdım.” Mən yalnız oynamadım, YAŞADIM bu həyatda” deyə biləsən…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!